Tacikistan Prezidenti Emoməli Rəhmon Yaponiyada rəsmi səfərdədir.Azərtac Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, E.Rəhmon səfər çərçivəsində Yaponiya İmperatoru Akihito ilə görüşüb. Tərəflər ölkələr arasında ikitərəfli siyasi, ticari-iqtisadi, mədəni-humanitar, elm, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə edib, “Mərkəzi Asiya-Yaponiya” Dialoqu çərçivəsində əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını bildiriblər.Görüşdə beynəlxalq terrorizm, ekstremizm, narkotik vasitələrin qaçaqmalçılığı, transmilli cinayətkarlıqla mübarizə, regional təhlükəsizliyin qorunması, Əfqanıstanda qeyri-sabitlik fonunda Tacikistanın dövlət sərhədlərinin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İnvestisiya sahəsində əlaqələrin genişləndirilməsi xüsusi müzakirə edilib, Tacikistan iqtisadiyyatına Yaponiya sərmayəsinin birbaşa qoyulması və özəl sektora yardım proqramlarının həyata keçirilməsi də diqqət mərkəzində olub.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
Messi influenzato…
“Вниз по течению”…
Türkiyə Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib
“Звезды Содружества”…