Əməkdaşlıq məsələləri müzakirə edilib

10 Oktyabr 2018 15:13

Xəbər 224 dəfə oxunub

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fransaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Emmanuel Makron ilə görüşüb.Azərtac Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlərin görüşündə iki ölkə arasında iqtisadi-ticarət, sərmayə qoyuluşu, energetika, elm və texnologiya, təhsil, turizm, səhiyyə, arxeologiya, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regionda sabitliyin və təhlükəsizliyin qorunması məsələləri müzakirə edilib.Görüşdə Əfqanıstanda təhlükəsizliyin qorunması, sabitliyin bərpa olunması ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.Danışıqlarda Fransanın “Eyrbas”, “Vinçi”, “Orano”, “Total Eren”, “Veoloya”, “Fivs Şteyn”, “Buiq”, “Ranjis” və digər şirkətlərinin Özbəkistanda layihələr həyata keçirməsi məsələləri də diqqət mərkəzində olub.Söhbət zamanı Özbəkistanda Fransanın aparıcı universitetlərinin filiallarının açılması ilə bağlı razılıq əldə edilib.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23