Əməkdaşlıq məsələləri müzakirə olunub

22 Oktyabr 2018 14:23

Xəbər 126 dəfə oxunub

Türküstan vilayətinin Sarıağac şəhərində Özbəkistan, Qazaxıstan və Rusiya prezidentləri Şavkat Mirziyoyev, Nursultan Nazarbayev və Vladimir Putinin üçtərəfli qeyri-formal görüşü olub.Azərtac Özbəkistan Prezidenti mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə bu ölkələr arasında əməkdaşlıq, o cümlədən iqtisadi-ticarət, humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.Görüşdə Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin istiqamətləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi olub.Xatırladırıq ki, Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana səfəri zamanı ölkələr arasında əlaqələrin genişləndirilməsi ilə bağlı 20 sənəd imzalanıb. Regional Əməkdaşlıq üzrə birinci Özbəkistan-Rusiya Forumunda isə iqtisadi-ticarət və sərmayə qoyuluşu sahələrində 27,1 milyard dollar dəyərində 785 ikitərəfli saziş və memorandum imzalanıb.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38