1 Aprel – “Hiylə günü”…

1 Aprel 2016 12:58

Xəbər 1752 dəfə oxunub

1 Aprel gülüş bayramı olaraq artıq tarixin yaddaşına həkk olunub. Məhz o gün insanlar arasında əhval-ruhiyyə xarakteri daşıyan zarafatlar, gülüş doğuran lətifələr, bir sözlə, yüksək əhval-ruhiyyə hər kəsə sirayət edir.

Xatırladaq ki, hazırda dünya əhalisinin 70 faizi, xüsusilə Avropada və bir sıra Asiya ölkələrində yaşayanlar 1 apreli gününü gülüş günü olaraq qeyd edir ki, nəticədə də o gün hamının əhalı yüksək olur. Ancaq söhbət dünya əhaalisnin 70 faizindən gedir, dünyanın 30 faiz insanları üçün o gün heç bir şey ifadə etmir. Məsələn, Böyük Britaniyada 1 apreli “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar.

Qeyd edək ki, zarafat günü olan 1 apreldə bir çox hadisələr baş verib ki, onların hər biri də artıq tarixin yaddaşına həkk olunub.

Məsələn,  1 aprel Xristiyan ölkələrində günü İsanın dirilməsi günü kimi və yaxud şagirdləri tərəfindən çarmıxdan qaçırılması günü olaraq qeyd olunur.

Bundan başqa, 1 aprel 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok $ (dollar) işarəsini düşünüb tapmışdır. Bir çox mühazirələrinə əsasən, 1778-ci il 1 aprel tarixində Nyu-Orleandan (Luiziana Ştatı. ABŞ) olan bir plantasiya sahibi və taciri ilk dəfə öz mühasibat kitabında bu işarədən istifadə edib.

1 aprel 1875-ci ildə ingilis qəzeti “Tayms” dünyada ilk dəfə həftəlik hava proqnozu çap etməyə başlayıb.

1 aprel 1979-cu uldə İran İslam  Respublıkası yaranıb.

1 aprel 2004-cü ildə “Gmail” və “Google” poçtları açılıb.

1 apreldə doğulan məhşurlar-Nikolay Vasilyeviç Qoqol(rus yazarı),Otto fon Bismark(alman dövlət xadimi), Edmon Roston(fransız şair və dramaturqu )Serqey Vasilyeviç Raxmaninov(rus bəstəkarı)  və b.

1 apreldə dünyasını dəyişənlər-Anton Semyonoviç Makarenko(rus pedaqoqu), Lev Nikolayeviç Landau(fizik,Nobel mükafatı laureatı,1908-ci ioldə Bakıda doğulub.Doğulduğu evin divarında barelyefi var-Səməd Vurqun  küçəsi ilə Nizami küçəsinin kəsişdiyi binada), Aqniya Barto(rus uşaq yazarı) və b.

Göründüyü kimi 1 aprel sadəcə zarafat günü kimi yadda qalmayıb, eyni zamanda həmin gün dünyada baş verən bir çox hadisələrlə zəngindir.

Onu da qeyd edək ki, 1 aprelin əlamətləri də olmamış deyil. Məsələn, deyirlər ki, 1 apreldə hava şəraiti necədirsə, 1 oktyabrda da elə keçər. Bəhs etdiyimiz gün suyun axarı güclü olarsa yaşıllıq bol, sakit olarsa zəif olar.

1aprel evdə Halların bayramı-oyanan günü sayılır-ona görə insanlar bir-birini aldadır ki, Halları çaşdırsınlar. Deyilənlərə görə, 1 aprel günü qızlar nə qədər çox oğlan aldatsalar, o zaman  oğlanlar tərəfindən heç bir zaman aldanmazlar.

Bir sözlə, zarafat günü kimi qeyd olunan 1 aprelin əlamətləri, yadda qalan hadisləri çoxdur.

Yeri gəlmişkən, 1 aprel sadəcə Gülüş günü olaraq qeyd olunmur, eyni zamanda ,Beynəlxalq Quşlar Günü kimi də yadda qalır. , Qeyd edək ki, 1 aprel artıq 2012-ci ildən Rusiyada “Gülüş günü” kimi qeyd olunsa da,  ABŞ-da “Axmaqlar günü” olaraq qeyd olunur.

Əlbəttə ki, bütün bunların müxtəlif səbəbləri var, yəni hər ölkədə baş verən hadislərlə əlaqədar olaraq 1 aprel hansı mahiyyət daşıdığı fərqli ola bilər.

Təsəvvür edin ki, bir vaxtlar Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı və həmin gün insanlar bir-birlərini xüsusi olaraq təbrik edər, hədiyyə olaraq isə təzə balıq göndərərdilər. Ancaq sonralar bu adət dəyişdi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – birlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar.

1564-cü ildə Fransa kralı IX Çarles il başlanğıcının yanvar ayinin birinci günü olması barədə qərar verdi. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər. 1 aprelə bütün axmaqların günü adını verdilər. Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar. Fransızlar uzun illər sonra yanvarın ilin ilk ayı olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək davam etdirdilər.

Sonralar Fransada 1 apreli ilin başlanğıcı olaraq qəbul edənlərə “aprel balığı” adı verilir, həmin gün “axmaqlar günü” adlandırılır. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçib. Bu ənənəyə Fransadan sonra 18-ci əsrdə İngiltərə və İsveçdə müşahidə olunub. 1 aprel və ya “aprel balığı” Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya da daxil dünyanın bir çox  ölkələrində qeyd olunur.

Maraqlı məqamlardan biri də odur ki, qədim zamanlarda dünya ölkələrinin əksəriyyətində ildə bir dəfə – məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

Əslində 1 Aprelin gülüş günü kimi qeyd olunması haqqında bir sıra fərziyyələr mövcuddur. Bu fərziyyələrdən biri də odur ki, bir çox ölkələrdə 1 aprel yazın gəlişini ifadə etdiyi üçün məhz o gün bahar bayramının ilk günü olaraq qeyd olunurdu. Bahar bayramı gözəlliyi, təravəti özündə əks etdirdiyi kimi, eyni zamanda da əyləncə, zarafat, deyib-gülmək xarakteri də daşıyırdı. Xüsusilə bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar həmin gün əvəzedilməz rol oynayırdı.

Onu da qeyd edək ki, bir çoxları bu bayramı Qədim Roma tarixi ilə bağlayır. Məsələn, bir vaxtlar 17 fevral “Səfehlər bayramı” kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Belə ki, Hindistanda  31 mart günü  “Gülüş günü” kimi keçirilirdi.

Ümumiyyətlə götürdükdə isə gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Artıq uzuzn illərdir ki, bütün dünya ölkələrində məhz 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək olar.

1 aprel günü baş verən qəmli hadisələrdən biri də məhz həmin gün müsəlmanların aldadılaraq qətl olunmasıdır. Tarixi fakta nəzər salaq. XV əsrin sonlarında, Xaçlı ordusu Ortadoğu torpaqlarında yaşayan müsəlmanlara qarşı savaşırkən bəzi hiylələrə əl atmışlar. Döyüş zamanı müsəlmanların son sığındığı qalanı ələ keçirmək o qədər də asan deyilmiş. Hava soyuq, qala qorunur, xristiyan qüvvə vəziyyətin çətinliyini və belə davam edərsə ordunun soyuğa tab gətirməyəcəyini düşünərək yeni bir bir taktikaya əl atırlar. Ordu başçısı 31 Mart gecəsində bir əlində müqəddəs Quran, digər əlində müqəddsə İncili tutaraq qalanın qarşısına gəlib və and içib ki, əgər qalada olan müsəlmanlar təslim olarsa o gün onlara heç bir pislik edilə bilməz. Qlsa danışıqdan sonra müsəlmanlar verilən vədə inanır və qalanı təslim edirlər. Söhbət müqəddəs kitablar üzərinə verilən anddan gedirsə orda inam güclü olar.

Həmin günün səhəri, yəni 1 aprel günü Xaçlı ordusunun sərkərdəsi bütün müsəlmanların öldürülməsi əmrini verir. Bunu eşidən müsəlmanlar “axı siz müqəddəs kitablara and içdiniz” deyə etiraz etmək istəsələr də sərkərdə “mən dünən üçün and içmişdim, bu gün üçün sizə bir sözüm yoxdur” deyərək qəddarca əmrin icra olunmasını tapşırır. Məhz o gündən sonra 1 aprel günü xristiyanlar arasında “Hiylə günü” olaraq qeyd olunur.

Bir sözlə, 1 aprelin yaranması ilə bağlı fərziyyələr çox olsa da bütün dünya yenə də sadəcə bir fərziyyəyə sadiq qalır-məhz 1 apreldə gülüş günü olaraq hamı əylənir, bayram əhval-ruhiyyəsində bir birləri ilə zarafat edirlər və heç kim də bundan incimir.

SON SÖZ ƏVƏZİ: YAZI TARİXİ FAKTLAR ƏSASINDA HAZIRLANIB.

Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib

Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib. Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin möhkəm və davamlı əlaqələri simvolizə edən platforma olduğunu, iqtisadi artım, ticarətin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi-ticarət əlaqələrinin də inkişafına geniş imkanlar açır. İki ölkə arasında müvafiq olaraq sərmayələrin təşviqi və qorunması, ikiqat vergitutmanın qarşısının alınması üzrə iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir. Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurulub. Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.xeber100.com  

Sentyabr 3, 2023 12:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib

Mayın 15-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.Bütün qarşılaşmalar eyni saatda başlayıb."Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub."Sabah" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. "Gənclik şəhəri" təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalda qalıb. "Zirə" və "Qəbələ" 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan "Sabah" 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan "Sumqayıt" və "Şamaxı" 6-7-ci pillədədir. Son sıradakı "Səbail"in isə 15 xalı var.Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi "Şamaxı"nı, bölgə klubu ilə "Sabah"ı qəbul edəcək.xeber100.com

May 15, 2022 10:12

İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunları keçirilib

Oktyabrın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə 7 görüş baş tutub.Turun ən gözlənilməz hesabı “Etihad” stadionunda qeydə alınıb. Son çempion “Mançester Siti” öz meydanında “Kristal Palas” komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kristal Palas”ın heyətində Vilfrid Zaha (6) və Konor Qallaqher fərqləniblər. Matçın 44-cü dəqiqəsində Mançester təmsilçisinin müdafiəçisi Emerik Laport birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Bu qələbə sayəsində xal ehtiyatını 12-yə çatdıran “Kristal Palas” turnir cədvəlində 13-cü, “Mançester Siti” isə 20 xalla üçüncü yerdə qərarlaşıb.Turun digər gözlənilməz hesabı “Liverpul” və “Brayton” komandaları arasında qeydə alınıb. Mersessayd təmsilçisi oyunda iki top fərqi ilə üstünlük əldə etsə də hesabı qoruya bilməyib. Qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. Jordan Henderson, Sadio Manenin qollarına qonaqların futbolçuları Enok Mvepu və Leonardo Trossard cavab verib. Matçın 33-cü dəqiqəsində Sadio Mane penaltidən fərqlənmək fürsətini əldən verib. “Liverpul” 22 xalla ikinci, “Brayton” isə 16 xalla 7-ci yerdədir.Turun açılış görüşü “Kinq Pover” stadionunda “Lester” və “Arsenal” komandaları arasında olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Qabriel (5) və Emil Smit-Rou (18) fərqləniblər. Bu qələbə sayəsində xal ehtiyatını 17-yə çatdıran “Arsenal” turnir cədvəlinin beşinci pilləsinə yüksəlib, “Lester” isə 14 xalla onuncu yerdə qərarlaşıb.Qeyd edək ki, turun mərkəzi qarşılaşması “Tottenhem” və “Mançester Yunayted” komandaları arasında baş tutub. Həmin görüşdə ikinci hissə oynanılır.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Börnli” – “Bredford” - 3:1; “Vatford” – “Southemton” - 0:1; “Nyukasl Yunayted” – “Çelsi” - 0:3.xeber100.com  

Oktyabr 30, 2021 15:42

Azərbaycan kinosu FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək

“Şollerin arxivi” bədii filmi Braziliyanın Rio-de-Janeyro şəhərində FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri festivalda gələn il martın 31-də birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.xeber100.com

Dekabr 7, 2020 13:34

Daşınmaz əmlaka dair çıxarışlar elektron qaydada veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur.Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq.Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə daşınmaz əmlakın daha rahat yolla qeydiyyata alınması işi davam etdiriləcək.xeber100.com

Aprel 10, 2019 10:36

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, yarışın sonuncu günündə kişilər və qadınlar kateqoriyasının hər birində dörd çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib. Orxan Səfərov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Murad Fətiyev (81 kq), Diana Şoranova (63 kq), Süleyman Yaqubov (100 kq), Nuranə Muradova (78 kq), Günel Həsənli (70 kq) və Şahin Qəhrəmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub.Komanda hesabında ilk üç yeri tutan “Neftçi”, “Dinamo” və “Cüdo 2012” klublarının baş məşqçilərinə də kubok, diplomlar verilib.Respublika çempionatı ilə əlaqədar ölkəmizə dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin rəhbəri Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur və Frank Oçko yarışın ən yaxşı üç hakimini müəyyənləşdirərək təltif ediblər.Çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların təşkili və keçirilməsi komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim olunub.Qeyd edək ki, çempionatın birinci günündə Leyla Əliyeva (48 kq), Rəşad Yelkiyev (60 kq), Elmira Mustafayeva (57 kq), Rüfət Məmmədov (73 kq), Aytəkin Paşazadə (+78 kq) və Məmmədəli Mehdiyev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.Çempionatda 56 klubdan 500-dək idmançı mübarizə aparıb.xeber100.com

Noyabr 22, 2018 11:43

Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti olacaq.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimalı var.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

Sentyabr 14, 2018 13:49