2017-ci il sosial-iqtisadi inkişafının yekunları…

12 Oktyabr 2017 13:50

Xəbər 80 dəfə oxunub

Bu ilin doqquz ayında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 186 milyon manat olub. Məhsul buraxılışının 13,1 milyon manatını sənaye, 75,7 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. Əsas kapitala 56,8 milyon manat investisiya yönəldilib, 55,1 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyalar 2,5 dəfə, tikinti-quraşdırma işləri 2,6 dəfə artıb.Azərtac xəbər verir ki, bu barədə Beyləqan rayon Heydər Əliyev Mərkəzində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, sahibkarlığın inkişafı rayonda prioritet məsələ kimi daim nəzarətdə saxlanılıb, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 12 layihə üzrə 129 min 955 manat kredit ayrılıb.Diqqətə çatdırılıb ki, bu il 8550 hektar sahədə pambıq əkilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Hazırda tarlalarda pambıq yığımı davam edir. Cari ildə 8181 ton şəkər çuğunduru, 11 min 796 ton qarğıdalı, 20 min 438 ton tərəvəz, 6226 ton bostan məhsulları istehsal olunub. Hesabat dövründə iribuynuzlu heyvanların sayı 204 baş artaraq, 58 min 24-ə, xırdabuynuzluların sayı 3639 baş artaraq, 300 min 868-ə çatıb. 6,4 min ton ət, 30 min ton süd, 589 ton yun istehsal edilib.Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də ətraflı bəhs olunub.Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.xeber100.com

Reklam

“Kapital Bank” layihəsi çərçivəsində

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni "Şimal' filialını istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təqdim edilən filial Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərir. Filial bazar ertəsi – cümə günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər."Kapital Bank"ın yeni konsepsiya əsasında təqdim edilən "Şimal" filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pulköçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq cari ildə "Kapital Bank"ın "Füzuli" filialının köçürülməsi və yeni "Bravo-2" filialının açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək müştərilərin ixtiyarına verilir.xeber100.com

Fevral 15, 2018 15:17

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində

"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində "Ucar" filialının yenilənmiş ofisini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, yeni konsepsiya əsasında təmir edilən filial Ucar şəhəri, Oğuz küçəsi, 44 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər."Kapital Bank"ın yeni konsepsiya əsasında təmir edilən "Ucar" filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə "Buzovna", "Dəmiryol" və "Lökbatan" şöbələri, region üzrə "Masallı" şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı", "Göyçay", "Qobustan", "Beyləqan", "Tərtər", "Gədəbəy" və "Ağcabədi" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. 2018-ci ildə də daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.xeber100.com

Dekabr 27, 2017 14:34

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq dekabrın 20-də Beyləqan rayonunun Əhmədli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, 335 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 min 976 metr müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.Hazırda Beyləqan rayonunun İmamverdili və Birinci Şahsevən kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.Tədbirdə çıxış edən kənd sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.xeber100.com

Dekabr 20, 2017 15:41

“Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb

Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb. Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Binada quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizədək qənaət olunacaq, müştərilərə yüksəksəviyyəli xidmət göstəriləcək.Azərtac xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qovşaqda yaradılan şəraitlə tanış olub.Sahəsi 2600 kvadratmetrdən çox olan dördmərtəbəli binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.İşçi heyətinin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. Qovşağın kompüter parkı yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib.Qovşaqda fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz olunub. Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyaları üzrə bilik və bacarıqları inkişaf etdirilir.xeber100.com

Dekabr 11, 2017 14:55