2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində

9 Avqust 2019 11:39

Xəbər 30 dəfə oxunub

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi” və “Bney Yehuda” komandaları arasında avqustun 8-də keçiriləcək qarşılaşmanın start heyətləri açıqlanıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da oynanılacaq görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Platellas, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxacaq.Qonaqların start heyətində isə Zubas, Mori, Koen, Pnişı, Felcer, Rustom, Mazor, Soro, Saqas, Yan və Qadir yer alacaqlar.Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.Oyun saat 21:00-da başlayacaq. Bu komandaların arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).Cari mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. İsrail klubu 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində “Simurq”u hər iki görüşdə məğlub etmişdi.xeber100.com

Braziliyalı yarımmüdafiəçi “Bavariya” klubunun heyətində çıxış edəcək

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo cari futbol mövsümünün sonuna qədər Münxenin “Bavariya” klubunun heyətində çıxış edəcək.Azərtac klubun saytına istinadla xəbər verir ki, “Barselona”dan icarəyə götürülən futbolçu tibbi müayinələrdən sonra “Bavariya” ilə 2020-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb. “Bavariya”nın birillik icarə üçün “Barselona”ya 8,5 milyon avro ödədiyi bildirilir.F.Koutinyo bu barədə deyib: “Avropanın ən böyük klublarından birinin heyətində çıxış etmək mənim üçün yeni çağırışdır. Qarşıdakı dövr mənim üçün ciddi əhəmiyyət daşıyır. “Bavariya” klubu kimi mənim də böyük hədəflərim var və yeni komandamla birlikdə onlara nail olacağıma inanıram.“Bavariya” klubunun baş icraçı direktoru, əfsanəvi futbolçu Karl-Haynts Rummeniqqe isə bu barədə bildirib: “Çox şadıq ki, bu transferi başa çatdıra bildik. Transferlə bağlı razılığa görə “Barselona” klubuna minnətdaram. Filippe yaradıcılığı və qeyri-adi bacarığı ilə bizim hücum xəttimizi dərhal gücləndirə biləcək bir futbolçudur”.Braziliyanın “Vasko da Qama” komandasında yetişən futbolçu Avropada daha əvvəl “İnter”, “Espanyol” və “Liverpul” klublarında forma geyinib. O, 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer edilib. F.Koutinyo “Barselona”nın heyətində ardıcıl iki dəfə İspaniya çempionatının, bir dəfə Kral Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Braziliya millisinin heyətində 55 dəfə meydana çıxan futbolçu 15 dəfə fərqlənib. O, bu il Braziliyanın “Kopa Amerika” turnirinin qalibi olmasında mühüm rol oynayıb.xeber100.com

Avqust 19, 2019 13:06

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində

Bu gün futbolda ani diqqətsizlik yarandıqda rəqib səni cəzalandırır. Biz imkanlardan istifadə edə bilsəydik, hər şey fərqli olardı. Amma bu, futboldur. Bundan sonra da ancaq irəli baxmalıyıq.Azərtac xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk görüşdə (2:1) son dəqiqələrdə buraxılan qol ani diqqətsizlikdən olub: “Bizim qol epizodlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Rəqib isə yararlandı. Məğlub olmağı da bacarmaq lazımdır. Rəqibi təbrik edirəm”.O, məyus olduqlarını bildirərək deyib: “Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Görüşdə çoxlu azarkeş var idi. Onlar bu gün çox möhtəşəm idi. Əlimizdə imkan var ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edək. Çatışmayan cəhətimiz o idi ki, qol vura bilmədik. Ümid edirəm ki, “Neftçi” UEFA Avropa Liqasında qələbə qazanacaq və Azərbaycanı iki komanda qrup mərhələsində təmsil edəcək”.Almeyda növbəti oyunlara hazırlığın psixoloji cəhətdən çətin olmayacağını vurğulayıb: “Bizim çox təcrübəli baş məşqçimiz var. O, vəziyyəti dəyişməyi bacarır. Heyətdə də təcrübəli oyunçular kifayət qədərdir. Ötən il BATE-yə uduzandan sonra da toparlandıq və qrup mərhələsinə düşdük. Bunun öhdəsindən gəlməliyik”.xeber100.com

Avqust 14, 2019 09:34