2020-ci ildə keçiriləcək Olimpiada üçün biletlərin qiymətləri açıqlanıb

20 İyul 2018 16:21

Xəbər 57 dəfə oxunub

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiadanın təşkilatçıları biletlərin qiymətlərini elan ediblər.Azərtac xəbər verir ki, Oyunların açılış mərasiminin qiyməti 300 min yen (təqribən 2700 dollar) olacaq.Oyunlar üçün də biletlərin qiyməti müəyyən edilib. Ən yüksək qiymət yüngül atletika yarışları, daha doğrusu, kişilərin 100 metrlik sprint qaçışı üçün təsdiq edilib. Həmin biletlər təqribən 1160 dollara satılacaq.Ən aşağı qiymətlər isə yarışların 8 növü üzrə müəyyən edilib ki, buraya futbol, reqbi və softbol yarışları daxildir. Həmin biletlərin qiyməti təqribən 22 dollar olacaq.Uşaqların, yaşlıların və məhdud imkanlı şəxslərin daxil olduğu qruplar üçün xüsusi biletlər nəzərdə tutulub ki, onların da qiyməti simvolik olaraq 2020 yenə (təqribən 18 dollar) bərabər olacaq.Serfinq yarışları üzrə yarışların şərtləri dəqiqləşmədiyinə görə bu idman növü üçün biletlərin qiyməti elan edilməyib.Təşkilat komitəsindən bildirilib ki, biletlərin yarıdan çoxunun qiyməti 8 min yen (təqribən 71 dollar) olacaq ki, bu da yarışların daha geniş tamaşaçı kütləsi tərəfindən izlənilməsinə şərait yaradacaq.Biletlərin satışına 2019-cu ilin əvvəllərində rəsmi sayt vasitəsilə başlanılacaq. Möhtəkirliyin qarşısını almaq məqsədilə alıcılar burada adlarını və tələb olunan digər şəxsi informasiyaları qeyd etməli olacaqlar.Aldıqları biletlərdən imtina etmək istəyən şəxslər üçün rəsmi platformanın yaradılması da nəzərdə tutulur.

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18