2022-ci ildə keçiriləcək güləş üzrə dünya çempionatında

11 Mart 2019 12:11

Xəbər 32 dəfə oxunub

Krasnoyarskın 2022-ci ildə güləş üzrə dünya çempionatına ev sahibliyi etməsi üçün müraciət olunacaq.Azərtac xəbər verir ki, bu sözləri Krasnoyarskda keçirilən Dünya Qış Universiadasına həsr olunan mətbuat konfransında regionun idman naziri Sergey Alekseyev deyib.Nazir bildirib ki, hazırda Krasnoyarskda Qış Universiadası yüksək səviyyədə davam edir. Həmçinin yanvarda İvan Yarıqinin xatirəsinə həsr olunmuş beynəlxalq güləş turniri təşkil olunub. Şəhərdə digər idman növləri üzrə də yarışlar keçirilib. Bütün bunlar bizim dünya çempionatına hazır olmağımızdan xəbər verir.Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili də Krasnoyarskın namizədliyini dəstəkləyib.Qeyd edək ki, cari ildə güləş üzrə dünya çempionatı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27