5,6 bal gücündə zəlzələ baş verib

2 Mart 2018 15:34

Xəbər 248 dəfə oxunub

Yaponiyanın cənub-qərbində yerləşən Okinava prefekturası yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.NHK telekanalı xəbər verir ki, yeraltı təkanlar martın 2-nə keçən gecə yerli vaxtla saat 22:40-da qeydə alınıb. Zəlzələnin episentrinin İriomote adası yaxınlığında, ocağının isə 15 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Reklam