5,6 bal gücündə zəlzələ olub

2 May 2018 16:11

Xəbər 196 dəfə oxunub

İranın Cənub-Qərbində 5,6 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, Tehran Universitetinin seysmoloji mərkəzinin məlumatına görə, Yasuc şəhəri yaxınlığında baş verən zəlzələ Fars və İsfahan şəhərlərində də hiss olunub. İlkin məlumatlara görə, 18 nəfər xəsarət alıb. Bölgədəki bəzi kəndlərdəki evlərə zərər dəyib.xeber100.com

Reklam