5,8 bal gücündə zəlzələ baş verib

23 İyul 2018 12:44

Xəbər 53 dəfə oxunub

İranda növbəti zəlzələ ölkənin cənub-şərqində Kerman ostanında baş verib. Bu barədə ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloji mərkəzinə istinadla məlumat yayıb.RİA Novosti agentliyi xəbər verir ki, 5,8 bal gücündə zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat yoxdur.Xatırladaq ki, iyulun 22-də İranda üç dəfə zəlzələ baş verib. Onlardan ən güclüsünün maqnitudu 5,9 bal olub. Kermanşah ostanında baş verən bu zəlzələ, demək olar, ölkənin hər yerində hiss edilib. Nəticədə 287 nəfər xəsarət alıb, 101 bina tamamilə, 850 bina qismən dağılıb. Bölgəyə 15 xilasetmə qrup göndərilib. Habelə İranın cənubunda Hörmüzgan ostanında 4,6 və 5,4 bal gücündə zəlzələ olub.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18