9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

10 Mart 2019 15:22

Xəbər 238 dəfə oxunub

Bu gün ölkəmizin 27 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.Trend-ə Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, 39700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.Dövlət İmtahan Mərkəzi Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oguz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.Bu gün ümumilikdə 39700 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.İmtahan saat 11:00-da başlayacaq.IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 91 imtahan mərkəzi ayrılıb.İmtahanda 39700 (Gəncədə 3133, Daşkəsəndə 278, Göygöldə 858, Samuxda 718, Sumqayıtda 4542, Abşeronda 4161, Şamaxıda 990, Naftalanda 103, Goranboyda 1354, Yevlaxda 1350, Şəkidə 2013, Qəbələdə 1273, Oğuzda 500, Bərdədə 2234, Ağdamda 982, Tərtərdə 832, Kürdəmirdə 1227, Zərdabda 581, Ağsuda 735, İmişlidə 1178, Sabirabadda 1805, Biləsuvarda 1390, Saatlıda 1007, Lənkəranda 2392, Astarada 1222, Xaçmazda 2157, Şabranda 685 ) şagirdin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 283 imtahan rəhbəri, 3367 nəzarətçi‑müəllim, 264 buraxılışı təşkil edən əməkdaş, 91 bina nümayəndəsi ayrılıb.xeber100.com

Reklam

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.DİM-dən Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılacaq. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunacaq.Məlumat üçün bildirək ki, imtahanda 32 173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27 225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.Abituriyentlərdən 29 348 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 24 949, IV qrup üzrə 4399 nəfər), 2825 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19 438 nəfəri oğlanlar (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12 735 nəfəri isə qızlardır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.Bakı şəhərində 14 195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyentin imtahan verəcəyi gözlənilir.xeber100.com

May 8, 2019 16:11

Martın 17-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib. DİM-dən Azərtac-a bildirilib ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.Martın 3-də keçirilmiş imtahanın nəticələri isə aprelin 18-də DİM-in saytında yerləşdirilib. On üç gün ərzində imtahanda iştirak etmiş 37 min 434 nəfərdən 27 min 063-ü öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 10 min 863 nəfər baxıb.Martın 10-da keçirilmiş imtahanın nəticələri isə aprelin 23-də DİM-in saytında yerləşdirilib. Səkkiz gün ərzində imtahanda iştirak etmiş 39 min 011 nəfərdən 26 min 220-si öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 7 min 112 nəfər baxıb.Martın 31-də keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə elan olunacaq.xeber100.com  

Aprel 30, 2019 12:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turuna başlanılıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildirilib ki, pedaqoji mühazirələrin rayon mərhələsində paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. Onlardan 65 mühazirə müəllifi şəhər mərhələsində iştirak etmək hüququ qazanıb.Ümumtəhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır”, “Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları”, "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır", “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.Pedaqoji mühazirələrin şəhər mərhələsində mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq.Pedaqoji mühazirə iştirakçıları münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir. Mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.xeber100.com

Aprel 26, 2019 12:29

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) martın 14-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.DİM-dən Azərtac-a bildirilib ki, elan üzrə 9 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinə aid 41 vakant vəzifə üzrə 73 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 360 namizədlə 505 müsahibənin keçirilməsi nəzərdə tutulur.Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin inzibati-təsərrüfat sektorunda aparıcı məsləhətçi – proqramçı (1 vakant yer üzrə 95 namizəd) və Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatları sektorunda məsləhətçi - proqramçı-mühəndis (1 vakant yer üzrə 32 namizəd), Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 27 namizəd) vəzifələri üzrə qeydə alınıb.Müsahibələrin aprelin 25-dən mayın 24-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, şəxsi kabinetə daxil olmaqla müraciət formasında olan "İMTİNA" düyməsini sıxmaq lazımdır.Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.xeber100.com

Aprel 19, 2019 13:54