ABŞ administrasiyası yeni sanksiyalar tətbiq edə bilər

14 May 2018 16:32

Xəbər 182 dəfə oxunub

Bazar günü ABŞ administrasiyası İranla biznes aparan Avropa şirkətlərini onlara qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. Çünki İranla nüvə sazişinin iştirakçıları bu razılığı işlək vəziyyətdə saxlamaq qərarına gəliblər.Azərtac xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İranla işgüzar əlaqələri dəstəkləyən Avropa şirkətlərinə ABŞ-ın sanksiyalar tətbiq edəcəyinin “mümkünlüyünü” bildirib. Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, o, hələ də Vaşinqton və onun müttəfiqlərinin Tehranla yeni nüvə sazişi üzrə razılığa gəlmələrinə ümid edir.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə İranla Obama administrasiyasının imzaladığı nüvə sazişindən Birləşmiş Ştatların çıxdığını bəyan etmişdi. Hazırda Çin, Fransa, Rusiya, Böyük Britaniya, Almaniya və İran sazişdə qalıb. Bu saziş İranın nüvə proqramının üzərində nəzarətə şərait yaradıb və Tehrana, həmçinin İranda biznes aparan şirkətlərə qarşı iqtisadi sanksiyaların zəifləməsinə gətirib çıxarıb.xeber100.com

Reklam