ABŞ fond birjasının məlumatı əsasında…

1 İyun 2019 21:32

Xəbər 42 dəfə oxunub

ABŞ fond birjasında hərraclar mayın 31-i əsas indekslərin azalması ilə başa çatıb.Milli.az bildirir ki, bu barədə birjanın yaydığı məlumatda deyilir.Beləliklə, “Dow Jones”-un indeksi 1,41%, yaxud 24815,04 bəndədək azalıb, “S&P 500” 1,32%, yaxud 2752,06 bəndə, “NASDAQ” isə 1,51%, yaxud 7453,15 bəndədək itirib.xeber100.com

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatı

“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına dair razılığa gəlinib.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Azərtac-a bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin mayında Tehranda imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən, beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Bakıda keçirilib.Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib. İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, cari ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.Görüş zamanı əldə edilən ən mühüm razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişindaşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub.xeber100.com

İyun 18, 2019 17:44

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

İyunun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib.Əvvəlcə “Lombardlar haqqında” qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb və lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarətlə bağlı münasibətləri tənzimləyir.Sonra “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, dəyişikliklər nəticəsində BOKT-lərdəki inzibatçıların daha ixtisaslı kadrlarla əvəz olunması, zərurət yarandığı təqdirdə nəzarət orqanının çevik və effektiv təsir imkanlarından istifadə edilməsi, sistemin sağlamlaşdırılması, tələblərə cavab verməyən BOKT-lərin kənarlaşdırılması, istehlakçıların hüquqlarının qorunması və digər sahələrdə inkişaf üçün hüquqi əsas formalaşacaq.Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Ziyad Səmədzadə deyib ki, həmin məcəllənin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Eləcə də məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilib.Qanun layihəsinə əsasən ƏDV-dən azadolma qeyd edilən qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-nin tətbiqindən azad ediləcək. Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikasının, avadanlıqların və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatının yaxşılaşdırılmasına və mövcud texnikaların saz vəziyyətdə saxlanmasına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

İyun 14, 2019 17:21

TANAP vasitəsilə 3 milyard kubmetrədək qaz nəql olunacaq

Bu ilin sonunadək Trans-Anadolu (TANAP) qaz kəməri vasitəsilə "Şahdəniz" yatağından 3 milyard kubmetrədək qaz nəql olunacaq.Bu barədə özəl olaraq Trend-ə TANAP konsorsiumundan bildiriblər.Bu il mayın 1-dən TANAP-ın birinci mərhələsi çərçivəsində 1,5 milyard kubmetr qaz nəql olunub.Bu marşrutla qazın kommersiya nəqli ötən il iyunun 30-dan başlayıb.Hələlik TANAP qaz kəməri Eskişehir şəhərinədək qaz nəql edir. Şərqdə bu kəmər Səngəçal qaz terminalından başlayan Cənubi Qafqaz boru kəməri ilə birləşir.TANAP-ın Eskişehirdən Yunanıstan sərhədinə qədər olan hissəsi işə salındıqdan sonra bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz kəməri ilə birləşəcək.Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.xeber100.com

İyun 1, 2019 21:47

26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında

Bu günə qədər Transanadolu boru kəməri ilə (TANAP) 1,9 milyard kubmetr qaz nəql olunub.Milli.az xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib.SOCAR-ın birinci vitse-prezidentinin sözlərinə görə, "Şahdəniz" yatağının hesabına Azərbaycan, eləcə də qaz ölkəsi kimi ad qazanıb.X.Yusifzadə qeyd edib: "Bu yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon ton kondensat təşkil edir".Onun sözlərinə görə, 2006-ci ildə yataq işlənməyə başlayandan bu günə qədər "Şahdəniz"də hasilat 104 milyard kubmetr qazdan çox olub.SOCAR rəsmisi vurğulayıb ki, hazırda Türkiyəyə qaz nəql edən TANAP Avropaya nəqlə hazırlaşır.Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.xeber100.com

May 31, 2019 18:32