ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı

22 Noyabr 2018 12:34

Xəbər 157 dəfə oxunub

ABŞ-ın neft ehtiyatları 447 milyon barrelə çatır.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,9 milyon barrel artaraq 446,91 milyon barrelə yüksəlib. Bu, 2017-ci ilin dekabrından indiyədək maksimum göstəricidir.Bazar proqnozları isə ehtiyatların 2,9 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 10,3 milyon barrel artmışdı.ABŞ-ın benzin ehtiyatları ötən hesabat həftəsində 1,3 milyon barrel azalaraq 225,3 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların barrel azalacağı istiqamətində idi.xeber100.com

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23