ABŞ nüvə silahı tətbiq etmək istəyir

6 Oktyabr 2018 20:14

Xəbər 208 dəfə oxunub

Amerika hərbçiləri Vyetnamda gedən müharibənin qızğın çağında nüvə silahından istifadə etməklə Şimali Vyetnam qüvvələrinə hücum etməyi planlaşdırıblar, lakin ABŞ prezidenti Lindon Conson hazırlanmaqda olan əməliyyatdan vaxtında xəbər tutub və onu dayandırmaq əmri verib.Milli.az bildirir ki, bu barədə üstü açılmış arxiv sənədlərinə istinadən “New York Times” qəzeti yazıb.Sənədlərə əsasən, 1968-ci ildə Vyetnamdakı Amerika qoşunlarının baş komandanı Uilyam Uestmorlend Şimali Vyetnama hücum üçün Cənubi Vyetnama nüvə silahının göndərilməsini nəzərdə tutan “Fracture Jaw” kod isimli (“Çənənin sındırılması”) əməliyyata başlayıb.Lakin ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Uolt Rostou Uestmorlendin planından xəbər tutub və hazırlanmış hücum barədə dərhal Consonu məlumatlandırıb. Amerika prezidenti də əməliyyatın dayandırılması əmrini verib.”O, plan üzərində iş getdiyini biləndə, çox məyus olub və məncə dərhal Rostou vasitəsi ilə Uestmorlendə proqramı dayandırmaq barədə əmr yollayıb”, – deyə qəzet 36 yaşlı prezidentin kiçik katibi Tom Consonun sözlərini sitat gətirib.Katib bildirib ki, Lindon Conson Vyetnamdakı müharibənin Çinin də qoşulacağı “genişmiqyaslı münaqişə”yə çevriləcəyindən qorxurdu.”Conson heç vaxt öz generallarına tam etibar etməyib. O, general Uestmorlendə dərin hörmət bəsləyirdi, lakin müharibənin gedişatını generalların idarə etməsini istəmirdi”, – deyə katib qeyd edib.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23