Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusunu açıqlayıb

2 Yanvar 2019 11:39

Xəbər 38 dəfə oxunub

Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.Milli.az xəbər verir ki, bunlar Pyer-Emerik Obameyanq (Arsenal, Qabon), Sadio Mane (Liverpool, Seneqal) və Məhəmməd Salahdır (Liverpool, Misir). Maraqlıdır ki, ötən il də üçlükdə məhz bu hücumçular yer almışdır. İlin ən yaxşısı isə Salah seçilmişdir.Qeyd edək ki, mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçirilən mərasimdə açıqlanacaq.xeber100.com

Reklam