“AGF Junior Trophy” adlı beynəlxalq turnirin ikinci günündə

24 Aprel 2018 12:40

Xəbər 64 dəfə oxunub

Aprelin 24-də Milli Gimnastika Arenasında gənc gimnastların iştirak etdikləri “AGF Junior Trophy” adlı beynəlxalq turnirin ikinci günündə 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda gimnastların fərdi çıxışlar üzrə qalib və mükafatçıları məlum olub.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Dərya Farşbafşəhriyari 15.600 xal toplayaraq üçüncü yerin sahibi olub.İlk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.Mükafatları Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Rafiq Rzayev və Azərbaycan Gimnastika Federasiyasının meneceri Sevda Bağırova təqdim edib.Top üzrə yarışlarda Azərbaycan təmsilçisi Nərminə Səmədova 16.050 xal toplayaraq turnirin gümüş medalına sahib olub. Rusiya gimnastı Darya Trubnikova 17.650 xal toplayaraq qızıl medala layiq görülüb. Bolqarıstan təmsilçisi Tatyana Volojanina 15.850 xal toplayıb və bürünc medala layiq görülüb.Mükafatçılara medalları hakim Yevqeniya Jidkova, AGF-nin meneceri Fərhad Əhmədbəyli təqdim ediblər.Qeyd edək ki, ötən gün Azərbaycan yığması 89.250 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb. Turnirin qızıl və gümüş mükafatına müvafiq olaraq Rusiya (100.900) və Belarus (93.300) komandaları layiq görülüb.Azərbaycanlı gimnast Arzu Cəlilova hakimlər briqadası tərəfindən “Ən yüksək icra xalına görə” “AGF Trophy” mükafatına layiq görülüb.Xatırladaq ki, “AGF Junior Trophy” turniri 2018-ci il iyunun 1-dən 3-dək İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.xeber100.com

Reklam

İdman gimnastikası üzrə Avropa çempionatına yekun vurulub

Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatına yekun vurulub.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a bildiriblər ki, ötən həftə qadın idman gimnastlarının mübarizəsindən sonra bu həftə kişi atletlər məharətlərini göstəriblər. Avropanın 37 ölkəsindən 151 böyük, 158 gənc kişi gimnastın qatıldığı mötəbər turnirdə Azərbaycan gimnastları da iştirak ediblər.Ölkəmiz böyüklər proqramında Murad Ağarzayev, Dari Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər proqramında isə Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev, Ramin Dəmirov və Rüstəm Əhməd tərəfindən təmsil olunublar.Gimnastlarımızdan ən yaxşı nəticəni gənclər arasında mübarizə aparan Cavidan Babayev göstərib. O, halqalarda çıxışda final mərhələsinə adlamağı bacarıb. Bununla da ölkəmiz ilk dəfə olaraq, qitə birinciliyinin gənclər arasında final mərhələsində təmsil edilib. İdmançımızın əsas mərhələdəki çıxışı ilə turniri yeddinci yerdə başa vurub.Böyük və gənc idman gimnastlarının bir arada mübarizə apardığı Avropa çempionatı hər iki ildən bir keçirilir. İki il əvvəl İsveçrənin paytaxtı Berndə keçirilən çempionatda ölkəmiz ilk dəfə həm böyüklər, həm də gənclər proqramında komanda yarışlarında iştirak edərək müvafiq olaraq 19-cu və 22-ci yerlərdə (33 ölkə arasında) qərarlaşmışdı. Bu il isə məhz gənclərdən ibarət komandamız nəticələrini xeyli yüksəldərək 12-ci pillədə yer alıb.Xatırladaq ki, böyük və gənc kişi idman gimnastları arasında növbəti Avropa çempionatı 2020-ci ildə Bakıda keçiriləcək.xeber100.com

Avqust 14, 2018 11:46

“Qarabağ” futbol klubu BATE komandası ilə qarşılaşacaq

Avqustun 14-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Belarusun BATE komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, “Borisov Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı latviyalı Andris Treymanis idarə edəcək. Ona Haralds Qudermanis və Aleksey Spasenikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubev yerinə yetirəcək.Bu komandalar arasındakı ilk görüş Belarus klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb.Ağdam təmsilçisinin aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.u gün, həmçinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.Bütün oyunlar eyni gündə baş tutacaq. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” komandası səfərdə Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Türkiyənin “Fənərbağça” klubu doğma azarkeşlər önündə Portuqaliyanın “Benfika” komandası ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi səfərdə ilk qarşılaşmada minimal hesabla uduzub - 0:1.Gün ərzində, həmçinin aşağıdakı görüşlər oynanılacaq: “Dinamo Kiyev” (Ukrayna) – “Slaviya Praqa” (Çexiya) - ilk oyun -1:1 “Spartak” (Moskva, Rusiya) - PAOK (Yunanıstan) – ilk oyun 2:3 AEK (Yunanıstan) –“Seltik” (Şotlandiya) – ilk oyun 1:1 “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) – ilk oyun 2:0 “Videoton” (Macarıstan) – “Malmö” (İsveç) – ilk oyun 1:1 “Şkendiya” (Makedoniya) – “Zalstburq” (Avstriya) – ilk oyun 0:3 “Ayaks” (Hollandiya) – “Standard” (Belçika) – ilk oyun 2:2 “Spartak” (Trnava, Slovakiya) – “Srvena Zvezda” (Serbiya) – ilk oyun 1:1.xeber100.com  

Avqust 14, 2018 11:37

2018-2019-cu il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində

Avqustun 7-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” – BATE (0:1) görüşündən başqa, daha 6 qarşılaşma oynanılıb.Azərtac xəbər verir ki, İstanbulun “Fənərbağça” klubu səfərdə Portuqaliyanın “Benfika” komandasına minimal hesabla məğlub olub. Görüşdə yeganə qolu matçın 69-cu dəqiqəsində Franku Servi vurub. Qazaxıstan çempionu “Astana” isə doğma meydanda Zaqrebin (Xorvatiya) “Dinamo” komandasına 0:2 hesabı ilə uduzub.Digər oyunlarda heç-heçə qeydə alınıb. İsveçin “Malmö” klubu ev oyununda Macarıstanın “Vidi” komandasının müqavimətini qıra bilməyib – 1:1. Kiyevin “Dinamo” komandası səfərdə “Slavia Praqa” ilə görüşdə 82-ci dəqiqədə hesabı açsa da, son saniyələrdə (90+5) qələbəni əldə verib – 1:1. Eyni hesab Serbiyanın “Çrvena Zvezda” və Slovakiyanın “Spartak Trnava” klublarının görüşündə də qeydə alınıb. Hollandiyanın “Ayaks” klubu Belçikanın “Standard Liq” komandası ilə səfər matçının 19-cu və 34-cü dəqiqələrində vurduğu qollarla ilk hissəni üstün başa vurub. Lakin ev sahibləri 67-ci və 90+4-cü dəqiqələrdə qonaqların qapısına yol taparaq məğlubiyyətdən xilas olmağı bacarıblar.Avqustun 8-də üçüncü təsnifat mərhələsi çərçivəsində PAOK (Yunanıstan) – “Spartak Moskva” (Rusiya), “Zalsburq” (Avstriya) – Şkendiya (Makedoniya), “Seltik” (Şotlandiya) – “AEK Afina” (Yunanıstan) görüşləri keçiriləcək.xeber100.com

Avqust 8, 2018 10:09