“AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib

23 Aprel 2018 13:37

Xəbər 139 dəfə oxunub

Aprelin 23-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə gənclər arasında “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib.Azərtac xəbər verir ki, turnirdə 18 ölkədən idmançılar mübarizə aparırlar. Yarışlarda Azərbaycanı Darya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Nərminə Səmədova təmsil edirlər.Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən təşkil olunan turnirdə 2003-2005-ci il təvəllüdlü gimnastlar halqa, top, gürzlər və lent ilə hərəkətlərdə məharətlərini göstərəcəklər.“AGF Junior Trophy” turniri bu il iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.xeber100.com

Reklam