Al-Sumaria” telekanalının məlumatı

2 May 2018 16:09

Xəbər 241 dəfə oxunub

İraqın paytaxtından şimalda yerləşən Ət-Tərmiyə şəhərində silahlıların hücumu nəticəsində azı 7 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.“Al-Sumaria” telekanalının yaydığı məlumata görə, hücum İŞİD terror qruplaşmasının “yatmış” yuvaları tərəfindən həyata keçirilib və müəyyən insanlara yönəlib.Ölkənin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, hazırda şəhərin giriş-çıxış yolları bağlanıb və silahlıların axtarışı üzrə əməliyyat başlayıb. Bununla yanaşı, İraqın təhlükəsizlik qüvvələrinin mətbuat xidməti Ət-Tərmiyə şəhərində İŞİD dəstələrinin olması barədə KİV-in informasiyasını təkzib edib.xeber100.com

Reklam