Ali Seçki Komissiyası seçkilərlə bağlı təqvimi açıqlayıb

27 Aprel 2018 14:05

Xəbər 124 dəfə oxunub

Türkiyənin Ali Seçki Komissiyası (ASK) iyunun 24-də ölkədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı təqvimi açıqlayıb.Azərtac xəbər verir ki, ölkədə keçiriləcək 27-ci çağırış parlament seçkilərinə aprelin 30-da start veriləcək. Siyasi partiyalar prezidentliyə namizədlərini mayın 1-dən 5-dək ASK-ya təqdim edə biləcəklər. Mayın 4-dən 9-dək prezidentliyə namizədlər üçün 100 min imza toplanıb təhvil verilməlidir. Ali Seçki Komissiyası təbliğat-təşviqat kampaniyası, eləcə də xaricdəki səsvermə prosesi ilə bağlı qrafiki də müəyyən edib.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18