Almaniya mətbuatının məlumatı əsasında…

10 Oktyabr 2018 15:00

Xəbər 69 dəfə oxunub

Almaniya mediasının yaydığı məlumata görə, Bundestaqın sağçı radikal AfD fraksiyası AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda, həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.Azərtac xəbər verir ki, Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub: “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.xeber100.com

Reklam

Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

Azərbaycan Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək.Azərtac xəbər verir ki, Milli Məclisin plenar iclasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Azərbaycan Respublikası Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 2006-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsində və 105-ci maddənin 1-ci hissəsində edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir.Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə uyğun olaraq prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.Göründüyü kimi, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması məqsədilə 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif olunur.Bundan əlavə, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsinə və Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi hallarda həmin seçkilərin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə günü təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin elan olunması və təyin olunması fərqli anlayışlar olduğu üçün Seçki Məcəlləsinin bir sıra maddələrində bununla bağlı dəyişikliklərin edilməsi də təklif edilir. Həmçinin Seçki Məcəlləsinin seçkilərin (referendumun) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edildiyi halları əhatə edən maddələrində seçkilərin (Referendumun) təyin edilməsi haqqında “qərar” sözündən sonra “sərəncam” sözünün əlavə edilməsi təklif olunur.Müzakirələrdən sonra təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiq olunub.xeber100.com

Noyabr 30, 2018 15:27