ANSA informasiya agentliyinin məlumatı

6 Aprel 2018 16:44

Xəbər 183 dəfə oxunub

2017-ci ildə İtaliyada ev təsərrüfatlarının gəlirləri 1,7 faiz çoxalıb ki, bu da 2011-ci ildən bəri müşahidə edilən ən böyük artımdır.ANSA informasiya agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika Agentliyi (İSTAT) məlumat yayıb.Agentliyinin məlumatına görə, ailələrin alıcılıq qabiliyyəti 0,6 faiz artsa da, bu göstərici əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə (1,3 faiz) aşağıdır. 2017-ci ildə ölkənin ev təsərrüfatlarının istehlak xərcləri 2,5 faiz artıb.Agentlik onu da qeyd edib ki, keçən il bu ölkədə qənaət etmək qabiliyyəti 8,5 faizdən 7,5 faizə düşüb ki, bu da 2012-ci ildən bəri qeydə alınan ən aşağı rəqəmdir.xeber100.com

Reklam