“Apple” ilk Publik Səhmdar Cəmiyyət olub

3 Avqust 2018 15:53

Xəbər 165 dəfə oxunub

“Apple” ABŞ-da bazar kapitallaşması bir trilyon dolları aşmış ilk Publik Səhmdar Cəmiyyət olub.Azərtac xəbər verir ki, məşhur “iPhone” smartfonunun yaradıcısı buna avqustun 3-də nail olub. Şirkətin səhmlərinin hər biri artaraq təqribən 207,04 dollar təşkil edib. Qiymət gün ərzində bir neçə dollar civarında dəyişib. Şirkətinin bir səhminin yeni ən yüksək qiyməti 208,38 dollara bərabər olub. Bu il “Apple”nin səhmləri 2 faizdən çox artıb.Bəzi iqtisadçılar hesab edirlər ki, satış və gəlir göstəricilərinin artması meylini qoruyub saxlamaq üçün “Apple”nin yeni məhsula ehtiyacı var. “Apple” səhmlərinin dəyərinin bir trilyon dollarlıq səviyyəni aşması “iPhone 8” və “iPhone X” smartfonlarının satış göstəricilərinin xüsusən Çin və Yaponiyada yetərincə yüksək olması, “App Store” xidmətlərindən əldə olunan gəlirin artması sayəsində mümkün olub.xeber100.com

Reklam

Arizona ştatında fövqəladə vəziyyət elan edilib

Arizona ştatının Yuma şəhərinin meri Duqlas Nikols şəhərdə fövqəladə vəziyyət elan edib. Bundan əvvəl Gömrük və Sərhəd Nəzarəti Bürosu yüzlərlə miqrant ailəsini patrul nəzarətindən azad edib.Azərtac xəbər verir ki, merin sözlərinə görə, bu qərarın qəbul edilməsi son 20 gündə Yumaya 1.300-dən çox miqrantın gəlməsi ilə bağlıdır. Yuma şəhərinin əhalisinin sayı cəmi 95 min nəfərdir. Nikols federal hakimiyyət orqanlarından Fövqəladə Hallarda İdarəetmə üzrə Federal Agentliyin hesabına zəruri resurslar ayrılmasını xahiş edib. Arizona qubernatorunun mətbuat xidməti Nikolsun sorğusuna cavab olaraq bildirib ki, müvafiq sənəd qubernatorun ofisinə daxil olan kimi fövqəladə vəziyyət haqqında deklarasiyaya baxılacaq. Adətən belə hallarda qubernator mövcud resursları maksimum həddə çatdırmaq üçün yerli hakimiyyət orqanları, qeyri-kommersiya qrupları və federal məmurlarla işləyir.Şəhərdə qəza hallarında istifadə edilmək üçün 150 nəfərlik yeganə qəza sığınacağı fəaliyyət göstərir. Halbuki aprelin 16-da bu sığınacaqda 200 miqrant olub. ABŞ-ın sərhədyanı şəhərlərində immiqrasiya üzrə hakimiyyət orqanları Mərkəzi Amerikadan olan çoxsaylı immiqrant ailələrini azad edirlər.Sərhəd patrulu sərhədi qanunsuz keçmiş, lakin sonradan sərhədçilər tərəfindən saxlanılmış miqrant ailələrinin 11 mindən çox üzvünü azad edib. Martın 19-da Gömrük və Sərhəd Nəzarəti Bürosu miqrant ailələrinin cinayətkar olmayan üzvlərinin məhkəmədə olmaları barədə bildiriş təqdim edilməklə onları bilavasitə azad edib. Həmin andan etibarən miqrantlar sərhəd boyunca yerləşən qeyri-hökumət sığınacaqlarında və ya avtobus stansiyalarında yerləşdirilib.xeber100.com

Aprel 19, 2019 14:21

“Gazprom” şirkəti layihəyə 102 milyard rubl ayırıb

Rusiya təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) Bolqarıstandan keçəcək hissəsinin inşasını İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium həyata keçirəcək.“Bulgartransgaz”xəbər verir ki, boru kəmərinin Türkiyə sərhədindən Serbiya sərhədinədək olan hissəsinin tikintisi ilə bağlı tenderin qalibi İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium olub. Konsorsium tenderi ən aşağı təklif verərək qazanıb. Bunlar İtaliyanın “Arcad ABB S.p.A.” və Səudiyyə Ərəbistanının “Arkad Engineering and Constructions Company” şirkətləridir.Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. “TurkStream”ın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.xeber100.com

Aprel 16, 2019 12:24