Argentina millisinin ilkin heyəti açıqlanıb

15 May 2018 13:03

Xəbər 145 dəfə oxunub

Futbol üzrə Argentina millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Baş məşqçi Xorxe Sampaoli 35 oyunçuya dəvət yollayıb.Azərtac xəbər verir ki, heyətdə qapıçılar – Serxio Romero (“Mançester Yunayted”), Nauel Qusman (“Tiqres”), Villi Kabalyero (“Çelsi”), Franko Armani (“River Pleyt”), müdafiəçilər – Markos Roxo (“Mançester Yunayted”), Herman Petselya (“Betis”), Kristian Ansaldi (“Torino”), Ramiro Funes Mori (“Everton”), Federiko Fazio (“Roma”), Nikolas Otamendi (“Mançester Siti”), Markos Akunya (“Sportinq”), Eduardo Salvio (“Benfika”), Nikolas Talyafiko (“Ayaks”), Qabriel Merkado (“Sevilya”), yarımmüdafiəçilər – Pablo Peres (“Boka Xuniors”), Adrian Senturion (“Rasinq”), Maksimiliano Mesa (“İndependiente”), Qido Pisarro (“Sevilya”), Enzo Peres (“River Pleyt”), Rodriqo Battalya (“Sportinq”), Xavier Masçerano (“Xebey Çayna Forçun”), Leandro Parades (“Zenit”), Manuel Lanzini (“Vest Hem”), Covanni Lo Selso, Anxel Di Mariya (hər ikisi PSJ), Lukas Bilya (“Milan”), Ever Baneqa (“Sevilya”), hücumçular – Qonzalo İquayn, Pablo Dibala (hər ikisi “Yuventus”), Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”), Dieqo Perotti (“Roma”), Kristian Pavon (“Boka Xuniors”), Lautaro Martinez (“Rasinq Avelyaneda”) və Mauro İkardi (“İnter”) yer alıblar.Qeyd edək ki, Argentina yığması Rusiyada keçiriləcək dünya çempionatında İslandiya, Nigeriya və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

Reklam

Kosovo yığması ilə qarşılaşacaq milli komandanın heyəti açıqlanıb

Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, üç gün sonra isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətə Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev(“Səbail”), Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev(“Sumqayıt”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna), Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev(“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya), Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya) və Ruslan Qurbanov (“Səbail”) dəvət olunublar.Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.xeber100.com

Noyabr 12, 2018 11:51

UEFA Millətlər Liqasında növbəti oyunun heyəti açıqlanıb

Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Malta qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.Milli.az xəbər verir ki, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü hücumçudur.Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik") Müdafiəçilər: Atli Qreqersen ("Vikinqur"), Odmar Feryo ("B-36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan Roy Davidsen ("Torshavn"), Sonni Raqnar Nattestad ("Horsens", Danimarka), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka), Qunnar Vatnhamar ("Vikinqur"), Maqnus Egilsson ("Torshavn") Yarımmüdafiəçilər: Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Rolantsson Sörensen ("Brann", Norveç), Rene Şaki Yensen ("Qrindavik", İslandiya), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Brüne", Norveç), Arni Frederiksberb ("NSİ Runavik"), Yohannes Byartalid ("Klaksvik"), Sölvi Vatnhamar ("Vikinqur") Hücumçular: Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya), Klemint Andrasson Olsen ("NSİ Runavik"), Yakub Tomsen ("Hafnarfyordur", İslandiya) Torshavnda Azərbaycan millisinin 3:0 hesabı ilə qalib gəldiyi ilk görüşlə müqayisədə Olsen 4 yeni oyunçuya - Frederiksberb, Byartalid, Vatnhamar və Tomsenə dəvət göndərib.Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə Farer adaları Maltanın qonağı olacaq.xeber100.com

Noyabr 10, 2018 17:40