“Arsenal ” futbol klubu “Renn” komandasına məğlub olub

8 Mart 2019 17:18

Xəbər 39 dəfə oxunub

İngiltərənin “Arsenal ” komandası səfərdə Fransanın “Renn” komandasına məğlub olub.Trend-in məlumatına görə, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyun 3:1 hesabı ilə yekunlaşıb.Qaliblərin heyətində Benjamin Buriqo (42-ci dəqiqə), İsmaila Sarr (88-ci dəqiqə), “Arsenal”ın heyətində isə Aleks Şvobi (4-cü dəqiqə) və avtoqola imza atan Naço Monreal fərqləniblər.Oyunun 41-ci dəqiqəsində ikinci sarı kartı alaraq qonaq komandanın müdafiəçisi Sokratis Papastatopulos meydandan qovulub.Parallel oyunların nəticələri: “Ayntraxt” (Almaniya) – “İnter (İtaliya) – 0:0, “Dinamo” (Xorvatiya) – Benfika (Portuqaliya) – 1:0, “Sevilya” (İspniya) – Slaviya (Çexiya) – 2:2.Cavab qarşılaşmalar fevralın 14-də keçiriləcək.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27