Asiya İnkişaf Bankı 500 milyon dollar kredit ayıracaq

14 Noyabr 2018 14:33

Xəbər 81 dəfə oxunub

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Türkmənistanın nəqliyyat şəbəkəsini dəstəkləmək, ölkənin enerji təchizatının etibarlılığını təmin etmək və qonşu ölkələrə elektrik enerjisi ixracını artırmaq üçün 500 milyon dollar həcmində kredit ayıracağını təsdiqləyib.Azərtac AİB-in yaydığı məlumata istinadla xəbər verir ki, layihə ölkənin beş regionundan dördünü əhatə edir. Ayrılan vəsait Türkmənistanın müxtəlif bölgələrində yeni 110 kV, 220 kV və 500 kV-lıq elektrik xətlərinin tikintisi və üç mövcud yardımçı stansiyanın genişləndirilməsinə yönəldiləcək. 2023-cü ilin sonunadək tamamlanacaq layihənin ümumi dəyəri 675 milyon ABŞ dollarıdır ki, bunun 175 milyonu “Türkmənenergo” tərəfindən ayrılacaq.xeber100.com

Reklam