Atəşkəs rejimi 106 dəfə pozulub

11 Mart 2018 12:50

Xəbər 91 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 106 dəfə pozub.Apa-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Reklam

Prezident seçkiləri iyunun 24-də keçiriləcək

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.Apa-nın xəbərinə görə, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da başa çatacaq.Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Gəncədə 207 nəfər, Naxçıvanda isə 330 nəfər Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub: "Bu gün ikiqat bayramdır. Həm Ramazanın son günüdür, həm də səsvermə keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir".E. Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır: "Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir. Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə bu səsvermə prosesi 19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir. Ümid edirəm ki, yekun nəticə vətənə, millətə xeyirli olacaq".Qeyd edək ki, Türkiyədə prezident seçkiləri iyunun 24-də keçiriləcək.xeber100.com

İyun 17, 2018 16:02

Azərbaycanın Milli Qurtuluş günü qeyd olunub

Azərbaycanda Milli Qurtuluş günü qeyd olunub.Xatırladaq ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib.Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib.Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.xeber100.com

İyun 15, 2018 22:26

Milli Məclisin növbədənkənar iclası keçirilib

İyunun 12-də Milli Məclisin növbədənkənar plenar iclası keçirilib.Azərtac xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib.Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Sədr gündəliyi təqdim edib.İclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Qanunu (İkinci səsvermə), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” qanun layihələri müzakirə olunacaq.Sonra Vergi, Əmək məcəllələrində, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Mülki müdafiə haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Siyasi partiyalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.Deputatlar, həmçinin “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihələrini, “Məşğulluq haqqında” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələrini ikinci oxunuşda müzakirə edəcəklər.xeber100.com

İyun 12, 2018 15:08

“Azərbaycan-Türkiyə-Gürcüstan” konfransında

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq dinamik inkişaf edir”.Apa-nın yerli bürosunun məlumatına görə, bu barədə Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Tbilisidə keçirilən “Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” konfransında deyib. O bildirib ki, ötən il hər üç ölkənin əməkdaşlığı sahəsində əlamətdar hadisələrlə yaddaqalan olub: “Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı, hər üç ölkənin xarici işlər nazirinin görüşü keçirildi. Bütün bunlar göstərir ki, regional inteqrasiya pozitiv dinamika ilə inkişaf edir”.F. Məmmədovun sözlərinə görə, üç ölkənin strateji məqsədi ərazi bütövlüyünün bərpa olunmasıdır: “Böyük qüvvələrin ikili standartları fonunda Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsi çox önəmlidir”.Konfransda çıxış edən Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Yekaterina Metreveli deyib ki, üç ölkə arasında münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir: “Münasibətlərin səviyyəsi birgə maraqlara əsaslanıb. Üç ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələr bütün dünyaya böyük imkanlar yaradır”.Ekspert qeyd edib ki, Gürcüstan Azərbaycanın dəstəyini yüksək qiymətləndirir: “Suriyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Azərbaycan bir daha Gürcüstanın ərazi bütövlüyün dəstəklədiyini bildirdi”.Y. Metrevelinin fikrincə, üç ölkə müasir dünyada mövcud təhdidlərin minimallaşdırılması üçün birgə səyləri daha da gücləndirməlidir.xeber100.com

İyun 5, 2018 21:44