Atəşkəs rejimi 92 dəfə pozulub

16 May 2018 13:07

Xəbər 108 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şıxlar, Qaraqaşlı, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Reklam

Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib

Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.İclasa sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı ilə Azərbaycanın QDİƏT sədrliyi regional bağlantı məsələlərinə diqqət ayırıb. O əminliyini bildirib ki, Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası fikir mübadiləsi aparmaq, təşkilat daxilində əməkdaşlığın cari vəziyyətini və növbəti birgə səylərimizin perspektivlərini müzakirə etmək üçün yaxşı imkan olacaq.Nazir qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən regionda daxili bağlantının qurulmasına güclü dəstək verib. Son iki onillik ərzində Azərbaycan regional iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləmiş enerji (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Cənub Qaz Dəhlizi: TANAP, TAP), nəqliyyat (Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Limanı) və İKT (TASIM) sahələrində bir sıra regional meqalayihələr təşəbbüsü ilə çıxış edib, əksəriyyətini həyata keçirib.Azərbaycanın sədrliyi təşkilatımız çərçivəsində bağlantı məsələsinə xüsusi diqqət ayırıb. QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarət axınlarının genişlənməsinə daha da töhfə vermək məqsədilə Bakı İKT və nəqliyyat üzrə nazirlərin iki iclası da daxil olmaqla müxtəlif səviyyələrdə bir sıra görüşlər təşkil edib.xeber100.com  

Dekabr 14, 2018 15:40