ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib

6 Dekabr 2018 13:38

Xəbər 36 dəfə oxunub

Dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqətinə çatdırıb.Azay Quliyev deyib: “Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməli və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.ATƏT PA-nın prezidenti Georgi Tsereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını bildirib.xeber100.com

Reklam

Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib

Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.İclasa sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı ilə Azərbaycanın QDİƏT sədrliyi regional bağlantı məsələlərinə diqqət ayırıb. O əminliyini bildirib ki, Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası fikir mübadiləsi aparmaq, təşkilat daxilində əməkdaşlığın cari vəziyyətini və növbəti birgə səylərimizin perspektivlərini müzakirə etmək üçün yaxşı imkan olacaq.Nazir qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən regionda daxili bağlantının qurulmasına güclü dəstək verib. Son iki onillik ərzində Azərbaycan regional iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləmiş enerji (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Cənub Qaz Dəhlizi: TANAP, TAP), nəqliyyat (Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Limanı) və İKT (TASIM) sahələrində bir sıra regional meqalayihələr təşəbbüsü ilə çıxış edib, əksəriyyətini həyata keçirib.Azərbaycanın sədrliyi təşkilatımız çərçivəsində bağlantı məsələsinə xüsusi diqqət ayırıb. QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarət axınlarının genişlənməsinə daha da töhfə vermək məqsədilə Bakı İKT və nəqliyyat üzrə nazirlərin iki iclası da daxil olmaqla müxtəlif səviyyələrdə bir sıra görüşlər təşkil edib.xeber100.com  

Dekabr 14, 2018 15:40