Avrokubokların 1/4 final mərhələsində

14 Aprel 2018 13:02

Xəbər 36 dəfə oxunub

Avrokubokların 1/4 final mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 442 komandası yer alıb.Bu həftə keçirilən 8 qarşılaşma cədvəldə cüzi dəyişikliklərə səbəb olub. İlk “onluq”da yalnız bir yerdəyişmə qeydə alınıb. “Barselona”dan uzaqlaşmağı bacaran “Bavariya” digər İspaniya klubu “Atletiko”ya şərik çıxıb. Bu iki komanda “Real”dan sonra 2-ci yeri bölüşür.Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəyə malik “Qarabağ” 73-cü pillədə qalıb. Qurban Qurbanovun yetirmələri son 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Ağdam klubu BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eyni pilləyə şərikdi.Azərbaycan çempionunun özündən irəlidə qərarlaşan üç İspaniya klubu ilə fərq isə artıb. “Selta”, “Real Sosyedad” və “Betis” artıq təmsilçimizi 0,556 xal üstələyir.Digər klublarımızdan “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdi.xeber100.com

Reklam

“AGF Junior Trophy” adlı beynəlxalq turnirin ikinci günündə

Aprelin 24-də Milli Gimnastika Arenasında gənc gimnastların iştirak etdikləri "AGF Junior Trophy" adlı beynəlxalq turnirin ikinci günündə 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda gimnastların fərdi çıxışlar üzrə qalib və mükafatçıları məlum olub.Azərtac xəbər verir ki, Azərbaycan təmsilçisi Dərya Farşbafşəhriyari 15.600 xal toplayaraq üçüncü yerin sahibi olub.İlk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.Mükafatları Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Rafiq Rzayev və Azərbaycan Gimnastika Federasiyasının meneceri Sevda Bağırova təqdim edib.Top üzrə yarışlarda Azərbaycan təmsilçisi Nərminə Səmədova 16.050 xal toplayaraq turnirin gümüş medalına sahib olub. Rusiya gimnastı Darya Trubnikova 17.650 xal toplayaraq qızıl medala layiq görülüb. Bolqarıstan təmsilçisi Tatyana Volojanina 15.850 xal toplayıb və bürünc medala layiq görülüb.Mükafatçılara medalları hakim Yevqeniya Jidkova, AGF-nin meneceri Fərhad Əhmədbəyli təqdim ediblər.Qeyd edək ki, ötən gün Azərbaycan yığması 89.250 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb. Turnirin qızıl və gümüş mükafatına müvafiq olaraq Rusiya (100.900) və Belarus (93.300) komandaları layiq görülüb.Azərbaycanlı gimnast Arzu Cəlilova hakimlər briqadası tərəfindən "Ən yüksək icra xalına görə" "AGF Trophy" mükafatına layiq görülüb.Xatırladaq ki, "AGF Junior Trophy" turniri 2018-ci il iyunun 1-dən 3-dək İspaniyanın Quadalaxara şəhərində baş tutacaq bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək.xeber100.com

Aprel 24, 2018 12:40