Avropa İttifaqı Brexit üzrə sammit keçirilməsini dəstəkləyib

20 Sentyabr 2018 14:17

Xəbər 129 dəfə oxunub

Avropa İttifaqı ölkələrinin dövlət başçıları və nümayəndələri Donald Tuskun Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə noyabr ayında təcili sammit keçirilməsi təklifini dəstəkləyib.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə sentyabrın 20-də Avstriya kansleri Sebastyan Kurts Avropa İttifaqının Zalsburqda keçirilən qeyri-formal sammitində məlumat verib.Onun sözlərinə görə, Böyük Britaniya və Avropa İttifaqı Brexitə əvvəlki kimi müxtəlif istiqamətlərdən yanaşır. “Aİ liderləri bu təklifi dəstəkləyib və noyabr ayında təcili sammit keçiriləcək. Tereza Mey öz mövqeyini ortaya qoyub, bu gün 27 ölkə bu məsələni müzakirə edə bilər. Hər iki tərəf yalnız qarşılıqlı güzəştlərə gediləcəyi təqdirdə məsələnin həll oluna biləcəyini anlayır”, – deyə Sebastyan Kurts bildirib.Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqının tərkibindən formal olaraq 2019-cu il martın 29-da çıxmalıdır. Bundan sonra nəzərdə tutulan keçid dövrü 2020-ci ilin sonunadək davam edəcək.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38

Çində dünyanın ən böyük beynəlxalq aeroportu açılacaq

Bu il Çində dünyanın ən böyük beynəlxalq aeroportu - Pekinin Dasin hava limanı açılacaq.Milli.az xəbər verir ki, aeroportun binasını nüfuzlu memar Zaha Hadid layihələndirib.Nəhəng kompleksdə 80-ə yaxın çıxış olsa da, terminalın özünəməxsus forması hesabına, onun mərkəzindən uçuş-eniş zolağına aparan istənilən çıxışa bir neçə dəqiqə ərzində çatmaq olacaq.Rekord ölçüdə olan aeroport Pekinin Dasin rayonunda inşa olunur. Aviaqovşaq Pekinin mərkəzindən 46 kilometr aralıda yerləşir. Aeroportun iri nəqliyyat qovşağına çevriləcəyi bildirilir. Hava limanında aviaterminaldan başqa dəmiryolu xətlərinin qovşağı da olacaq və aeroportun altında yerləşəcək.Dasində yeddi uçuş-eniş zolağı var. Gündəlik olaraq 620 min reysi qəbul edib-göndərə bilər. Aeroport təxminən 50 kvadrat kilometr sahəni tutur. Onun inşası üçün hökumət bir neçə yaşayış məntəqəsini sökmək və əhalinin başqa rayonlara köçürmək məcburiyyətində olub.Binanın dizaynında yumşaq xətlər əslən iraqlı olan Britaniya vətəndaşı Zahi Hadidin "vizit kartı" sayılır.Ötüb keçən yüksək sürətli təyyarələrin uçuşu zamanı kompleks "çiçəyinin" vibrasiya etməməsi üçün mindən çox dempferdən istifadə olunub. Təyyarələr rahatlıqla bina üzərindən 300 km/saat sürətlə uça bilərlər; terminalda olan sərnişinlər bundan heç nə hiss etməyəcək.Aeroportun nəhəng "hörümçək toru" artıq hazırdır. Pekin Dasin tamamilə baryersiz olacaq. 2022-ci ildə XIII Qış Paralimpiya Oyunlarının iştirakçılarını qarşılayacaq.xeber100.com

Yanvar 26, 2019 17:54