Avropa ittifaqı ilə Böyük Britaniya arasında fikir ayrılığı davam edir

15 Oktyabr 2018 12:40

Xəbər 122 dəfə oxunub

Brexit barədə sazişin oktyabrın 17-dək əldə olunmasının vacibliyinə baxmayaraq, Krallığın Aİ-nin tərkibindən çıxması barədə danışıqlarda Avropa ittifaqı ilə Böyük Britaniya arasında fikir ayrılığı hələ də qalır.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında deyib. Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Londonla Brüssel arasında saziş mümkün olsa da, onun nə vaxt baş tutacağı məlum deyil.Hant Böyük Britaniyanın Baş naziri Tereza Meyin heç vaxt ölkəsi üçün sərfəli olmayan sazişi imzalamayacağını da qeyd edib.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17