Avropa Komissiyası dəmir yollarının təmirinə 119 milyon ayıracaq

4 Aprel 2019 13:13

Xəbər 50 dəfə oxunub

Avropa Komissiyası Portuqaliyanın şimalındakı dəmir yollarının təmirinə 119 milyon avro ayıracaq.Azərtac xəbər verir ki, Portuqaliyaya vəsaitin ayrılması Avropa Komissiyasının Aİ-də nəqliyyat, səhiyyə, ətraf mühit və enerji sahələrinə aid müxtəlif obyektlərin modernləşdirilməsi və təmiri üzrə proqramının bir hissəsidir. Ümumilikdə, 25 obyektə 4 milyard avro ayrılması nəzərdə tutulub. Portuqaliya ilə yanaşı, Bolqarıstan, Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Malta, Polşa və Rumıniyaya da maliyyə vəsaiti ayrılacaq.xeber100.com

Reklam

“Tesla” kompaniyası pilotsuz taksi servisini işə salmağı planlaşdırır

“Tesla” kompaniyası 2020-ci ildə ABŞ-da pilotsuz taksi servisini işə salmağı planlaşdırır.Azərtac USA Today portalına istinadla xəbər verir ki, bu barədə məlumatı kompaniyanın qurucusu və rəhbəri İlon Mask açıqlayıb.“Tesla” kompaniyasının robot-taksi layihəsinin böyük ehtimalla gələn il işə düşəcəyini bildirirəm. Bu taksilər bütün yurisdiksiyalarda fəaliyyət göstərməyəcək, çünki bütün nizamlama orqanlarının icazəsini ala bilməyəcəyik. Lakin ümidvaram ki, heç olmasa gələn il onların icazəsini ala bilərik”, - Maskın bəyanatında belə deyilir.İlon Maskın hesablamalarına görə, pilotsuz “Tesla” taksilərinin sayı 2020-ci ildə 1 milyona çata bilər. Onları mobil proqram vasitəsi ilə sifariş vermək olar. Kompaniya rəhbəri iki ildən sonra “Tesla”nın sükan və pedalları olmayan avtomobillərin istehsalına başlayacağını qeyd edib.Elektromobil və onlar üçün texnologiyaların hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Tesla Motors” kompaniyası 2003-cü ildən fəaliyyətə başlayıb. Kompaniyanın mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Elektromobillərdən əlavə özlərinə məxsus texnologiya ilə batareya və elektrik mühərrikləri istehsal edən “Tesla Motors” onları digər avtomobil istehsalçılarına, əsasən “Toyota” və “Daimler” kompaniyalarına satır.xeber100.com

Aprel 23, 2019 13:22

Arizona ştatında fövqəladə vəziyyət elan edilib

Arizona ştatının Yuma şəhərinin meri Duqlas Nikols şəhərdə fövqəladə vəziyyət elan edib. Bundan əvvəl Gömrük və Sərhəd Nəzarəti Bürosu yüzlərlə miqrant ailəsini patrul nəzarətindən azad edib.Azərtac xəbər verir ki, merin sözlərinə görə, bu qərarın qəbul edilməsi son 20 gündə Yumaya 1.300-dən çox miqrantın gəlməsi ilə bağlıdır. Yuma şəhərinin əhalisinin sayı cəmi 95 min nəfərdir. Nikols federal hakimiyyət orqanlarından Fövqəladə Hallarda İdarəetmə üzrə Federal Agentliyin hesabına zəruri resurslar ayrılmasını xahiş edib. Arizona qubernatorunun mətbuat xidməti Nikolsun sorğusuna cavab olaraq bildirib ki, müvafiq sənəd qubernatorun ofisinə daxil olan kimi fövqəladə vəziyyət haqqında deklarasiyaya baxılacaq. Adətən belə hallarda qubernator mövcud resursları maksimum həddə çatdırmaq üçün yerli hakimiyyət orqanları, qeyri-kommersiya qrupları və federal məmurlarla işləyir.Şəhərdə qəza hallarında istifadə edilmək üçün 150 nəfərlik yeganə qəza sığınacağı fəaliyyət göstərir. Halbuki aprelin 16-da bu sığınacaqda 200 miqrant olub. ABŞ-ın sərhədyanı şəhərlərində immiqrasiya üzrə hakimiyyət orqanları Mərkəzi Amerikadan olan çoxsaylı immiqrant ailələrini azad edirlər.Sərhəd patrulu sərhədi qanunsuz keçmiş, lakin sonradan sərhədçilər tərəfindən saxlanılmış miqrant ailələrinin 11 mindən çox üzvünü azad edib. Martın 19-da Gömrük və Sərhəd Nəzarəti Bürosu miqrant ailələrinin cinayətkar olmayan üzvlərinin məhkəmədə olmaları barədə bildiriş təqdim edilməklə onları bilavasitə azad edib. Həmin andan etibarən miqrantlar sərhəd boyunca yerləşən qeyri-hökumət sığınacaqlarında və ya avtobus stansiyalarında yerləşdirilib.xeber100.com

Aprel 19, 2019 14:21

“Gazprom” şirkəti layihəyə 102 milyard rubl ayırıb

Rusiya təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) Bolqarıstandan keçəcək hissəsinin inşasını İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium həyata keçirəcək.“Bulgartransgaz”xəbər verir ki, boru kəmərinin Türkiyə sərhədindən Serbiya sərhədinədək olan hissəsinin tikintisi ilə bağlı tenderin qalibi İtaliya-Səudiyyə Ərəbistanı şirkətlərindən ibarət konsorsium olub. Konsorsium tenderi ən aşağı təklif verərək qazanıb. Bunlar İtaliyanın “Arcad ABB S.p.A.” və Səudiyyə Ərəbistanının “Arkad Engineering and Constructions Company” şirkətləridir.Qeyd edək ki, “Gazprom” şirkəti bu il layihəyə 102 milyard rubl ayırıb. “TurkStream”ın cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Kəmərin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.xeber100.com

Aprel 16, 2019 12:24