Avropa Şurası Parlament Assambleyası öz işinə başlayıb

8 Oktyabr 2018 12:53

Xəbər 146 dəfə oxunub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 8-də öz işinə başlayıb.Azərtac xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edir.Assambleya sədrinin çıxışı ilə başlayan sessiyada Büronun və daimi komitənin hesabatları dinləniləcək, “Avropa Şurası: böhranda olan təşkilat” mövzusunda debatlar aparılacaq. Həmçinin sessiyanın ilk günündə Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin müşahidəsi ilə bağlı hesabat dinləniləcək. Hesabatdan sonra aparılacaq debatlarda Azərbaycan nümayəndə heyətinin üzvləri də çıxış edəcəklər.Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Mariya Buriç sessiya çərçivəsində komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək, Assambleya üzvlərinin suallarını cavablandıracaq. Tunisin xarici işlər naziri Khemaies Jhinaouinin çıxışının da gözlənildiyi sessiyada Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.xeber100.com

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Mayın 17-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.Komitənin sədri Əli Hüseynli bildirib ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu Saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək. Saziş layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.Sonra “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Komitə sədri bildirib ki, ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır.Layihə barədə məlumat verən Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov deyib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib, bununla da bir sıra məsələlər tənzimlənib. Bugünkü dəyişikliklər isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur.Müzakirələr zamanı çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Azay Quliyev, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və Elşən Musayev Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər, qeyd və təkliflərini veriblər.Sonda Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.xeber100.com

May 17, 2019 15:05

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı

Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, sədr əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ağır şəraitdə yaşayanlar müəyyənləşdirilib yeni mənzillərə köçürülürlər.Qeyd edilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu il aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.xeber100.com

May 7, 2019 14:40