Avropa zonası üzrə pley-off mərhələsində iştirak edəcək komandalar müəyyənləşib

11 Oktyabr 2017 12:50

Xəbər 45 dəfə oxunub

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində iştirak edəcək milli komandalar müəyyənləşib.Azərtac xəbər verir ki, Avropa zonası üzrə seçmə mərhələnin sonuncu turundan sonra İsveç, İsveçrə və Yunanıstan pley-off mərhələsində iştirak hüququ qazanıblar.Öz qrupunda ikinci olan 9 yığma komanda arasında ən zəif nəticə göstərən Slovakiya millisi isə növbəti mərhələyə yüksələ bilməyib.Beləliklə, noyabrda keçiriləcək pley-off mərhələsində İtaliya, Danimarka, Şimali İrlandiya, İsveçrə, İsveç, İrlandiya, Xorvatiya və Yunanıstan yığmaları dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaqlar.Oktyabrın 17-də FIFA-nın açıqlayacağı yeni reytinq cədvəlinə əsasən komandalar əmsallarına görə, iki səbətə bölünəcəklər. Həmin gün isə pley-off mərhələsinin püşkü atılacaq.Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.xeber100.com

Reklam

Gimnastika Federasiyasının 30-cu iclasında…

Dekabrın 9-da Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 30-cu iclasında federasiyanın yeni baş katibi seçilib.AGF-dən Azərtaac-a bildiriblər ki, iclasda əvvəlcə Bakı Gimnastika Məktəbi və “Ocaq” İdman Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər. Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqqında məlumat verilib. Son bir ildə gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən gələcək planlar müzakirə edilib.Həmçinin iclasda gimnastların lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan xatirə medalları haqqında əsasnaməyə təklif edilən dəyişikliklər təsdiqlənib.İclasda federasiyanın baş katibinin, gimnastika növləri üzrə kompleksli elmi tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların baş məşqçilərinin illik hesabatları da dinlənilib.Sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu baş katib vəzifəsindən azad olunması ilə bağlı icraiyyə komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək təsdiqlənib.Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günədək müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.N.Məmmədzadə 1979-cu ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə filologiya fakültəsində təhsil alıb, 2003-cü ildə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini əldə edib.xeber100.com

Dekabr 11, 2017 13:10

Çempionlar Liqasının tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb

Çempionlar Liqasının başa çatan qrup mərhələsinin tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən güclü 32 komandasının iştirakı ilə 6 turda keçirilən 96 matçı ümumilikdə 4 milyon 158 min 867 seyrçi izləyib.Orta hesabla hər matçda 43 min 321 nəfər qeydə alınıb. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən 32 komandanın ev oyunlarındakı tamaşaçı sayının sıralaması da maraq doğurur.Təbii ki, ilk növbədə diqqətimizi Azərbaycan çempionu “Qarabağ”ın göstəriciləri çəkir. Bakı Olimpiya Stadionunda “Roma”, “Atletiko” və “Çelsi”ni qəbul edən Qurban Qurbanovun yetirmələri bu qarşılaşmalarda tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq olub. Bu da orta hesabla hər matçda 60 min 741 seyrçi deməkdi.“Qarabağ” bu göstərici ilə Çempionlar Liqasında 6-cı yerdədi. Düzdü, bir tur öncə, VI tur ərəfəsində Azərbaycan çempionu 7-ci pillədə idi. Sonuncu tur təmsilçimizin irəliləməsinə səbəb olub.Ağdam klubu səfərdə oynasa da, daha yüksək pillədə qərarlaşan komandalardan birinin geriləməsi “Qarabağ”ı önə çıxarıb. Çempionumuzun keçdiyi bu komanda isə “Barselona”dı. Dünya futbolunun nəhənglərindən olan Kataloniya klubu son turun “Sportinq”lə görüşündə az tamaşaçı topladığından orta göstəricisi aşağı düşüb. Nəticədə “Barselona” “Qarabağ”a azarkeşlərinə görə həsəd aparır.Əslində, tamaşaçı sayı nisbi anlayışdı və stadionların tutumu, göstəricinin hansı yolla əldə olunması da bu göstəriciyə təsir edir. Bəzən bu rəqəm tam obyektiv olmasa da, siyahı reallığa çox yaxındı.Cədvəlin ilk pilləsində də dəyişiklik olub. Son turadək zirvədə qərarlaşan “Tottenhem” mövqeyini əldən verib. 5-ci sıraya düşüb, “Qarabağ”a qonşu olan İngiltərə klubu daim azarkeşləri ilə öyünən 4 nəhəngi önə buraxıb.Qrup mərhələsinin 1-cisi “Mançester Yunayted” olubsa, “Real” 2-ci, “Bavariya” 3-cü pillədə qərarlaşıb. “Borussiya” isə “dördlüy”ü tamamlayır.

Dekabr 9, 2017 18:47