Avropanın ən böyük nərgizgülü festivalı keçirilib

3 İyun 2019 15:12

Xəbər 30 dəfə oxunub

İyunun 2-də Avstriyada Avropanın ən böyük nərgizgülü festivalı keçirilib. Avropanın ən böyük çiçək festivallarından olan bu festival Alp dağlarının qoynunda yerləşən füsunkar Zaltskammerqut regionunda 60-cı dəfə təşkil olunub.Azərtac xəbər verir ki, festivala 25 mindən artıq tamaşaçının qatıldığı yubiley festivalını Bad Aussee və Qrundlsee qəsəbələri birgə təşkil edib.1960-cı ildən bəri Bad Aussee kurort regionunda təşkil edilən nərgizgülü festivalında hər il minlərlə könüllü və peşəkar floristlər çiçəklərdən dekorasiya və fiqurlar bəzəyirlər. Qəsəbənin küçələri ilə fiqurların paradından sonra bu fiqurlar sallar üzərində Aussee gölünə buraxılır.Builki yubiley festivalın təşkilində musiqi kapellaları, parad təşkilatçıları, floristlər və könüllü köməkçilərlə birlikdə üç min şəxs iştirak edib. Avstriyanın müxtəlif regionları və qonşu ölkələrdən turistlərin hər il həvəslə baş çəkdiyi festivalda jüri 200 min nərgizgülündən hazırlanmış “Tom və Cerri” kompozisiyasını qalib elan edib.xeber100.com

Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək

İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.Xatırladaq ki, bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.xeber100.com

İyun 18, 2019 17:14