Avstriya hökuməti BMT-yə vasitəçilik təklif edir

18 Aprel 2018 14:27

Xəbər 209 dəfə oxunub

Avstriya hökuməti Suriya münaqişəsi ilə bağlı danışıqlar prosesində vasitəçilik missiyasını davam etdirməkdə maraqlıdır.Azərtac xəbər verir ki, bununla bağlı Avstriyanın kansleri Sebastian Kurts BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya müraciət edib. Federal Kansler Aparatından verilən məlumatda qeyd edilir ki, Avstriya bundan sonra da hərbi həll yolu olmayan Suriya münaqişəsində BMT-nin sülh danışıqlarını tam gücü ilə dəstəkləməyə hazırdır.Avstriya kansleri müraciətində mümkün etimad quruculuğu tədbirləri və münaqişənin sülh yolu ilə həlli istiqamətində ilk addımların atılmasından bəhs edib, artıq sağlam düşüncə ilə hərəkət etmək və diplomatik kanallarla sülh prosesini irəli aparmaq üçün vaxtın yetişdiyi qeyd edilib: “Yeni bir gərginliyin, xüsusilə də ABŞ və Rusiya kimi supergüclər arasında gərginliyin qarşısını almaq üçün bütün müvafiq addımların atılması zəruridir”.Buna görə də Avstriya tərəfi ölkənin dialoq məkanı və körpü qurucusu kimi ənənəvi rolunu nəzərə alaraq, Suriya danışıqlarında fəal vasitəçiliyini BMT-nin xüsusi elçisinə təklif edib. İranın nüvə proqramı və Suriyada sülhün bərqərar olması ilə bağlı danışıqların Vyanada keçirilməsi Avstriyanın bu sahədə geniş təcrübəsindən xəbər verir.Eyni zamanda, Avstriyanın xarici işlər naziri Karin Knayssl verdiyi açıqlamada bildirib ki, Avstriya danışıqlar məkanı kimi öz missiyasını icra etməyə hazırdır və ilk növbədə əsas hədəf de Misturanı öz fəaliyyətində yaxından dəstəkləməkdən ibarətdir.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17