Avstriya hökuməti Qlobal Miqrasiya Paktını imzalamayacaq

1 Noyabr 2018 12:55

Xəbər 124 dəfə oxunub

BŞ və Macarıstanın ardından Avstriya da BMT-nin Qlobal Miqrasiya Paktını imzalamayacaq.Azərtac xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin oktyabrın 31-də keçirilən iclasında qəbul olunub. Koalisiyalı hökumətdə təmsil olunan partiyalar tərəfindən bu addımın ölkənin suverenliyini qorumaq məqsədi daşıdığı bildirilib.Qeyd edək ki, bu ilin ilk yarısında BMT-yə üzv ölkələrin hökumətləri səviyyəsində razılaşdırılan Qlobal Miqrasiya Paktı bu il dekabrın 10-11-də Mərakeşdə keçirilən konfransda imzalanmalı idi. 34 səhifəlik qeyri-icbari sənəd gələcəkdə qaçqın axınlarının daha yaxşı təşkilinə və qaçqınların hüquqlarının daha yaxşı qorunmasına kömək etməlidir. Paktda, həmçinin qeyd edilir ki, bu sənədlə üzv ölkələrin suverenliyinə və qaçqınlarla bağlı milli siyasətinin müstəqil təşkil edilməsinə müdaxilə olunmur, həmçinin bu pakt beynəlxalq hüquqla heç bir icbari funksiya daşımır.Paktın layihəsi iyul ayında qəbul edilərkən Avstriya sənədin lehinə olsa da, sonradan koalisiyalı hökumətdə təmsil olunan Avstriya Azadlıq Partiyasının rəhbərliyi bu paktın hökumətin qaçqın və miqrasiya siyasətinə təsir edəcəyini əsas gətirib və koalisiya tərəfdaşı Avstriya Xalq Partiyasını pakta qoşulmamağa razı salıb.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38