Avstriya hökuməti yeni qaydalar tətbiq etmək niyyətindədir

4 Oktyabr 2018 14:02

Xəbər 105 dəfə oxunub

Avstriya hökuməti yaxın gələcəkdə elektrik mühərriki ilə işləyən avtomobillərlə bağlı bir sıra yeniliklər etmək niyyətindədir.Azərtac xəbər verir ki, elektrik avtomobillərinin cəlbediciliyini artırmaq istəyən koalisiyalı hökumət yeni nəqliyyat planını təqdim edib. Plana görə, gələcəkdə e-avtomobillərin nəqliyyat sistemində imtiyazlı hərəkəti üçün imkanlar yaradılmalıdır. Belə ki, şəhərdaxili nəqliyyatda yalnız ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmuş avtobus zolaqlarında bu avtomobillərin də hərəkətinə icazə verilməlidir. Eyni zamanda, e-avtomobil istifadəçiləri magistral yollarda ətraf mühitin qorunması üçün bir sıra ərazilərdə tətbiq olunan maksimal 100 km/s sürət həddinə də tabe olmaq məcburiyyətində qalmayacaqlar. Nazirlər Kabinetinin təqdim etdiyi planda, həmçinin şəhər və bələdiyyələr ərazisində e-avtomobillərin parkometr öhdəliyindən azad edilməsi və onların pulsuz parketmə hüququ əldə etməsi də təklif olunub.2019-cu ildə qüvvəyə minməli olan qaydalar avtomobil bazarında elektrik avtomobillərinin cəlbediciliyini artırmağa xidmət edir. Lakin şəhər və bələdiyyələr yeni qaydaların mühüm bir hissəsini etirazla qarşılayıblar. Vyana Şəhər Bələdiyyəsindən verilən ilkin açıqlamada avtobus zolaqlarının e-avtomobillər üçün açılmasının gələcəkdə ictimai nəqliyyatda tıxac və xaosa gətirib çıxaracağı, eyni zamanda, sui-istifadə hallarına yol açacağı bildirilib. Vyanada ictimai nəqliyyat xidmətlərini həyata keçirən “Vyana Xətləri” şirkəti isə hökumətin yeni planını tənqid edib və bu planın ictimai nəqliyyat üçün böyük münaqişə potensialı daşıdığını bildirib.xeber100.com

Reklam

Prezident seçkilərinin birinci turunun son nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb.Azərtac xəbər verir ki, MSK 53 min 847 bülleteni etibarsız sayıb. Amma bu, ümumi nəticələrə təsir etməyib.MSK-nın məlumatına görə, ümumi seçicilərin 46,83 faizi və ya 1 milyon 677 min 878-i səsvermədə iştirak edib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. Onun lehinə 615 min 572 nəfər səs verib.“Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Onu 601 min 224 seçici dəstəkləyib.Müxalifətin digər namizədi David Bakradze 10,97 faiz səs toplayıb (174 min 849). Digər namizədlər isə 3 və daha az faiz səs toplayıblar.Beləliklə, noyabrın 28-nə təyin olunmuş ikinci turda Salome Zurabişvili ilə Qriqol Vaşadze prezidentlik uğrunda mübarizə aparacaqlar.İkinci turda 3705 seçki məntəqəsi, o cümlədən xarici ölkələrdə 55 məntəqə fəaliyyət göstərəcək.Əfqanıstanda sülhməramlı qüvvələrdə iştirak edən gürcü hərbçilər noyabrın 26-da səs verəcəklər.Bununla da Gürcüstan vətəndaşları sonuncu dəfə birbaşa səsvermə ilə 6 il müddətinə ölkənin 5-ci prezidentini seçəcəklər.Gürcüstanın yeni prezidentinin andiçmə günündə yeni Konstitusiya da qüvvəyə minəcək. Yeni Konstitusiyaya görə, 2024-cü ildə prezidenti parlamentdə 300 nəfərdən ibarət seçilmiş şəxslər (deputatlar, bələdiyyə sədrləri və sakrebul rəhbərləri) seçəcəklər.xeber100.com

Noyabr 16, 2018 13:27