Avstriyada növbədənkənar parlament seçkilərinə start verilib

15 Oktyabr 2017 17:15

Xəbər 234 dəfə oxunub

Oktyabrın 15-də Avstriyada növbədənkənar parlament seçkilərinə start verilib.Seçkilərdə ölkə tarixində ən çox sayda – 16 siyasi qüvvə mübarizə aparır. Avstriya Sosial-Demokratlar Partiyası, Avstriya Xalq Partiyası, Yaşıllar Partiyası və Avstriya Azadlıq Partiyası ilə yanaşı, həmçinin fərqli siyasi görüşləri təmsil edən və ya tanınmış siyasi partiyalardan ayrılaraq öz müstəqil seçki kampaniyasını aparan siyasətçilərin rəhbərlik etdiyi hərəkatlar da seçki marafonuna qoşulub.Yaşı 16-dan yuxarı ölkə vətəndaşları (6 milyon 401 min 304 nəfər) səsvermə üçün açılmış 10 min 191 seçki məntəqəsində öz siyasi iradəsini ifadə etmək hüququna malikdir. Seçicilərin əhəmiyyətli bir hissəsi isə (889 min nəfər) səsvermədə məktub vasitəsilə iştirak etməyə üstünlük verib.Seçki məntəqələri yerli vaxtla saat 17-də bağlandıqdan az sonra ilkin nəticələr elan olunacaq.Qeyd edək ki, Avstriya Parlamenti (Milli Şura) 183 deputatdan ibarətdir. Parlamentdə təmsil olunmaq hüququnu əldə etmək üçün hər bir siyasi qrup seçicilərin azı 4 faiz səsini qazanmalıdır.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18