Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı ilə…

10 Mart 2018 22:36

Xəbər 169 dəfə oxunub

Moskvada Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə Rusiya Federasiyasında keçiriləçək prezident seçkilərində Vladimir Putinə dəstək kampaniyası çərçivəsində mini futbol üzrə millətlərarası turnir təşkil olunub.Apa-nın məlumatına görə, Spartak idman kompleksində keçirilən turnirin açlışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycan Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev, akademik Fazil Qurbanov, Moskva Dövlət Humanitar İqtisad universitetinin rektoru Vaqif Bayramov və diaspor nümayəndələri iştirak ediblər.xeber100.com

Reklam

Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

Azərbaycan Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək.Azərtac xəbər verir ki, Milli Məclisin plenar iclasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Azərbaycan Respublikası Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 2006-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsində və 105-ci maddənin 1-ci hissəsində edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir.Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə uyğun olaraq prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.Göründüyü kimi, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması məqsədilə 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif olunur.Bundan əlavə, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsinə və Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi hallarda həmin seçkilərin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə günü təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin elan olunması və təyin olunması fərqli anlayışlar olduğu üçün Seçki Məcəlləsinin bir sıra maddələrində bununla bağlı dəyişikliklərin edilməsi də təklif edilir. Həmçinin Seçki Məcəlləsinin seçkilərin (referendumun) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edildiyi halları əhatə edən maddələrində seçkilərin (Referendumun) təyin edilməsi haqqında “qərar” sözündən sonra “sərəncam” sözünün əlavə edilməsi təklif olunur.Müzakirələrdən sonra təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiq olunub.xeber100.com

Noyabr 30, 2018 15:27

Əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.Azərtac xəbər verir ki, nazir ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın və Qırğızıstanın dövlət başçıları İlham Əliyev və Sooronbay Jeenbekov arasında dialoq uğurla inkişaf edir. Bu il sentyabrın 3-də Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti çərçivəsində iki ölkə liderlərin baş tutan görüşü bu dialoqun göstəricisidir.Nazir ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyətini ifadə edib.Səfir naziri bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. H.Orucov deyib ki, son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxsaylı mühüm tədbirlər keçirilib. Diplomat Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın olduğunu da qeyd edib.H.Orucov yeni rəhbərliyin başçılığı ilə Qırğızıstanda həm daxili, həm də xarici siyasət sahəsində böyük uğurların əldə olunacağına inamını ifadə edib.Diplomat Azərbaycan və Qırğızıstan prezidentlərinin son görüşündən sonra ölkələrimiz arasında münasibətlərin daha da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.xeber100.com

Noyabr 28, 2018 14:55