Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

7 Avqust 2018 14:47

Xəbər 200 dəfə oxunub

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi cari ilin sentyabr ayında İsveçrənin Tiçino kantonunda Azərbaycan-İsveçrə biznes forumunun keçirilməsinə dair razılıq əldə edib.Səfirlikdən Azərtac-a verilən məlumatda bildirilir ki, tədbirdə İsveçrənin mərkəzi və yerli qurumlarının, habelə işgüzar dairələrin və İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir.Səfir Xanım İbrahimova İsveçrənin Tiçino kantonunun Ticarət Palatasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Kiara Krivelli və Luqano şəhərinin meri Marco Borradori ilə görüşüb. Görüşdə Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı ilə bağlı tədbirlərin təşkili imkanları müzakirə edilib.Söhbət zamanı, həmçinin Azərbaycan ilə Tiçino kantonu arasında qarşılıqlı işgüzar səfərlərin təşkili məsələsinə dair müzakirələr aparılıb.xeber100.com

Reklam