“Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı konfrans keçirəcək

12 Oktyabr 2017 13:53

Xəbər 60 dəfə oxunub

Oktyabrın 17-də Bakı Fond Birjası “SOCAR Capital” ilə birgə “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı konfrans keçirəcək.Azərtac Azərbaycan Banklar Assosiasiyasına istinadla xəbər verir ki, konfransda Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışılacaq.xeber100.com

Reklam

“Buta Airways” şirkətinin təşkilatçılığı ilə…

2018-ci ilin yanvar ayından etibarən “Buta Airways” şirkəti tərəfindən Bakı-Sofiya istiqaməti üzrə birbaşa aviareysin açılması nəzərdə tutulur.“Apa-Economics”in məlumatına görə, aviareysin Bolqarıstanda təşviqi, eləcə də Azərbaycanın turizm potensialının bu ölkədə tanıdılması məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Sofiyada iki ölkə arasında açılacaq birbaşa hava əlaqəsinin təqdimatı keçirilib.Tədbirin açılış hissəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın turizm nazirinin müavini İrena Qeorqiyeva və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə iştirak ediblər. N.Qurbanova iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq Azərbaycan ilə Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin prioritet istiqamətlərdən hesab edildiyini bildirib. Azərbaycan tərəfindən və onun iştirakı və maliyyələşdirilməsi ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrindən söz açan səfir 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və bu layihənin Bolqarıstan və daha geniş coğrafiya ölkələrinə faydası, eləcə də Azərbaycanın qatıldığı, Bolqarıstanın isə müşahidəçi statusunda iştirak etdiyi Şimal-Cənub layihəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. N.Qurbanova ölkəmizin turizm potensialı barədə məlumat verərək hər iki tərəfin açılacaq reysdən həm də tranzit məqsədilə faydalana biləcəyini vurğulayıb.“Buta Airways” şirkətinin Avropa İttifaqı xaricindən Bolqarıstana uçan ilk aşağı büdcəli aviaşirkət olacağını, eləcə də “Buta Airways” şirkətinin Avropa İttifaqı ölkələri arasında birinci məhz Bolqarıstana uçacağını qeyd edən səfir Bakı ilə Sofya arasında birbaşa hava əlaqəsinin iki ölkə arasında siyasi, mədəni, biznes və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.xeber100.com

Dekabr 9, 2017 19:11

“SOCAR Capital” şirkətinin məlumatı

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə əməliyyatların həcmi 120 milyon dolları keçib.“SOCAR Capital” şirkətindən Azərtac-a bildirilib ki, istiqrazlara böyük maraq və alqı-satqıların yüksək olması nəticəsində dekabrın ilk günlərində SOCAR istiqrazları ilə əməliyyatların həcmi növbəti tarixi həddə çatıb.Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliyi və etibarlılığına görə, SOCAR istiqrazları investorların böyük marağına səbəb olub. Nəticədə artıq avqust ayında, yəni buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi 100 milyon dolları ötərək istiqraz buraxılışının həcmini üstələyib. Qısa müddətdən sonra isə bu rəqəm 120 milyon dollara çatıb. Bu Azərbaycanın fond bazarında ilk belə haldır.SOCAR istiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi bu istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Nəticədə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür. SOCAR istiqrazları üzrə öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirib. İndiyədək SOCAR istiqrazları üzrə 4 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 5 milyon dollar qazanıblar. Növbəti faizlər yanvarın 17-də ödəniləcək.Nominal qiyməti 1000 dollar olan istiqrazların dollarla illik gəlirliyi 5 faiz və ya hər istiqraza görə 50 dollar təşkil edir. Bu, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.SOCAR istiqrazlarına olan tələbat indi də yüksəkdir və bu təkrar bazarda istiqrazların qiymətinin də artmasına səbəb olub. Nəticədə qısa zamanda istiqrazların qiyməti 1020 dolları keçib.İstiqrazların marketmeykeri olan “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, hazırda birjada SOCAR istiqrazlarının alış qiyməti 1006-1007 dollar, satış qiyməti isə 1020-1026 dollar arasında dəyişir.Xatırladaq ki, hazırda SOCAR istiqrazlarını yalnız təkrar bazardan, yəni birja vasitəsilə istiqrazın hazırkı sahiblərindən almaq mümkündür. İstiqraz sahibləri isə onları 1020 dollardan aşağı satmaq istəmirlər.xeber100.com

Dekabr 8, 2017 15:09

Energetika Nazirliyinin məlumatı

Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 14-cü iclası keçiriləcək.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, iclasda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.Tədbirdən əvvəl hər iki ölkə nümayəndələrinin Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarəti nəzərdə tutulub. Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından, Hökumətlərarası Birgə Komissiyasının iclası keçiriləcək. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Birgə Komissiyasının 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də, ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanacaq.xeber100.com

Dekabr 6, 2017 14:53