Azərbaycan MDB PA-nın komissiya iclaslarında

28 May 2019 17:18

Xəbər 41 dəfə oxunub

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov mayın 29-da Rusiya Federasiyasına səfərə gedəcəklər.Milli.az xəbər verir ki, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək MDB PA-nın Sosial siyasət və insan hüquqları, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, rəy və təkliflər verəcəklər.Qeyd edək ki, tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.Səfər iyunun 1-də başa çatacaq.xeber100.com

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirliyin mətbuat xidmətindən Azəörtac-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlər üzrə mövcud olan qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinə dair, o cümlədən yeni ikitərəfli Saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivləri və s. mövzular üzrə ətraflı fikir mübadiləsi aparıblar.Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı durumu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Xarici İşlər nazirləri səviyyəsində keçirilmiş son görüşlər, eləcə də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat əməlləri ilə bağlı Aİ komissarını məlumatlandırıb. Bölgədə dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması üçün münaqişənin həlli və ölkələrin bir-birlərinin beynəlxalq tanınmış sərhədlərinə hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.xeber100.com

İyun 13, 2019 20:37