Azərbaycan milli komandası yoldaşlıq oyununda…

12 Mart 2019 14:12

Xəbər 26 dəfə oxunub

Martın 25-də futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq oyununda qarşılaşacaq Litva yığmasının heyəti açıqlanıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar – Ernestas Setkus (“Hapoel” Hayfa, İsrail), Dzyuqas Bartkus (“Hapoel İroni”, İsrail), Emiliyus Zubas (“Bney Yehuda”, İsrail), müdafiəçilər – Algis Yankauskas, Vaydas Slaviçkas, Vitautas Andriuskeviçyus (hamısı “Suduva”), Rolandas Baravikas (“Jalgiris”), Markas Palionis (“Reqensburq”, Almaniya), Rimvidas Sadauskas (“Stumbras”), Linas Klimaviçyus (“Dinamo” Buxarest, Rumıniya), Valdemar Borovski (“Trakai”), yarımmüdafiəçilər – Vikintas Slivka (“Hibernian”, Şotlandiya), Arturas Julpa (“Tobol”, Qazaxıstan), Donatas Kazlauskas (“Trakai”), Deymantas Petraviçyus (“Falkirk”, Şotlandiya), Mantas Kuklis (“Jetısu”, Qazaxıstan), Saulius Mikolyunas, Modestas Vorobyovas (hər ikisi “Jalgiris”), Yustinas Malajas (“Riterai”), hücumçular – Fedor Çernıx (“Dinamo” Moskva, Rusiya), Arvidas Novikovas (“Yagelloniya”, Polşa), Neriyus Valskis (“Hapoel” Təl-Əviv, İsrail), Paulius Qolubiçkas (“Suduva”) yer alıblar.Qeyd edək ki, Azərbaycan-Litva yoldaşlıq oyunu saat 18:00-da “Bakcell Arena”da start götürəcək.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27