Azərbaycan millisi növbəti yoxlama matçını keçirib

14 May 2018 13:11

Xəbər 25 dəfə oxunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan Faiq Qarayevin yetirmələri bu dəfə Slovakiya yığmasını sınağa çəkiblər. Yığmamız çətinlik çəkmədən qələbə qazanıb – 3:0 (25:19, 25:14, 25:12).Komandamız ilk görüşdə Avstriyaya 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesabı ilə qalib gəlmişdi.Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq millimizin Sloveniya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.xeber100.com

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53