Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib

10 Mart 2019 15:34

Xəbər 38 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.Milli.az bildirir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Səbail”i qəbul edib. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.İlk yarıda tərəflərdən heç biri qol vura bilməyib. Fasilədən sonra “qırmızı-qaralar” sürətli qollarla istəklərinə çatıblar. Ceyms Adeniyi 49 və 55-ci dəqiqələrdə çoxgedişli kombinasiyaları dəqiq zərbələrlə tamamlayıb. Bununla da nigeriyalı yarımmüdafiəçi aktivindəki qolların sayını 8-ə çatdırıb.73-cü dəqiqədə isə “Qəbələ” azlıqda qalıb. Bəhlul Mustafazadə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. “Səbail” say üstünlüyündən təsəlli qolunu vurmaqla yararlanıb. 84-cü dəqiqədə künc zərbəsindən sonra yeni transfer Elvin Yunuszadə başla topu tora göndərib. Qalan dəqiqələrdə qonaqlar hesabı bərabərləşdirmək imkanlarından yararlana bilməyiblər.Beləliklə, bu qələbə sayəsində xallarını 28-ə çatdıran “Qəbələ” 3-cü pillədəki “Səbail”lə xal fərqini 3-ə endirib.Qeyd edək ki, turun açılış oyununda “Keşlə” “Sabah”ı darmadağın edib – 3:0. “Qarabağ” – “Zirə” matçı isə qolsuz yekunlaşıb. Tura bu gün saat 16:30-da başlanacaq “Sumqayıt” – “Neftçi” matçı ilə yekun vurulacaq.xeber100.com

Reklam

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27