Azərbaycana yük daşımalarının həcmi açıqlanıb

7 Aprel 2019 21:54

Xəbər 36 dəfə oxunub

2019-cu ilin yanvar-mart ayları ərzində Gürcüstanın Batumi limanı vasitəsi ilə Azərbaycana yük daşımalarının ümumi həcmi 85 738 ton təşkil edib. Bu barədə Trend-ə Batumi limanından bildiriblər.Agentliyin nümayəndəsinin sözlərinə görə, həmin həcmin 62 691 tonu xam şəkərin üzərinə düşür.”Bundan başqa 2019-cu il yanvar-mart ayları ərzində Azərbaycana Batumi limanı vasitəsi ilə 12 836 ton palma yağı, 6 603 ton soya və 3 608 ton qarğıdalı yağı gətirilib”, – deyə mənbə bildirib.Qeyd edək ki, 2018-ci ilin yekunlarına görə Batumi limanı vasitəsilə Azərbaycandan həyata keçirilən yük daşımalarının ümumi həcmi 26 119 ton təşkil edib. Bu həcmin 22 126 tonu sənaye yağı, 3 993 ton isə bentonitin payına düşür.Batumi limanından Azərbaycana gətirilən malların ümumi həcmi isə 336 702 ton təşkil edir. Onlardan 183 315 ton xam şəkərin, 53 850 ton palma yağının, 62 887 ton soyanın, 20 512 ton relslərin, 12 809 ton qarğıdalı yağının, 3 322 ton laminatın üzərinə düşür.xeber100.com

Reklam

Rusiyadan Azərbaycana gələn turist sayı açıqlandı

"Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox turist gəlib".Milli.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.F.Nağıyevin sözlərinə görə, Rusiyadan Azərbaycana turistləri cəlb etmək üçün tək bu ölkənin mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.Agentlik sədri qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. 2018-ci ilin dekabrından Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.F.Nağıyev Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən "Formula 1", UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.xeber100.com

Aprel 24, 2019 20:33

“Azərişıq” ASC-nin məlumatına görə…

“Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən aprelin 26-28-də Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin ediləcək.“Azərişıq”dan Azərtac-a bildirilib ki, yarışların keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə təşkilati və texniki tədbirlər görülərək hər iki ASC-nin mərkəzi aparatı və Regional Elektrik Təchizatı və Satış İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb.Yarışların keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.Texniki direktorluqlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarələrində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, yarışların keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılıb, elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.xeber100.com

Aprel 23, 2019 13:11