“Azərişıq” ASC 10/0,4 kilovoltluq elektrik xətləri çəkəcək

15 Aprel 2019 12:48

Xəbər 33 dəfə oxunub

“Azərişıq” ASC Astara rayonu üzrə 10/0,4 kilovoltluq elektrik xətləri çəkəcək.Azərtac xəbər verir ki, ASC rayonun Şüvi-Sekaşan, Pəlikeş-Diqo, Abyerud, Doli və Sipiyyət kəndləri üzrə 10/0,4 kilovoltluq xətlərin çəkilişi işlərinin satın alınması bağlı tender keçirir.xeber100.com

Reklam

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə…

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayonunda növbəti əmək yarmarkası təşkil olunub.Nazirlikdən Azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb. Bildirib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Səfər Hüseynov vurğulayıb ki, muxtar respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.Sonra tədbir iştirakçıları əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 8 təşkilatdan 86 boş iş yerinin çıxarıldığı tədbirdə 13 nəfərə işə göndəriş verilib.xeber100.com

Aprel 15, 2019 12:50

“ASAN xidmət” vətəndaşlara xidmət göstərəcək

“ASAN xidmət” noyabrın 27-dən Astarada vətəndaşlara səyyar xidmət göstərir.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir. Bununla yanaşı, vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biləcəklər.Səyyar “ASAN xidmət” dekabrın 26-dək Astarada vətəndaşlara xidmət göstərəcək.xeber100.com

Dekabr 3, 2018 12:44

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Mayın 10-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri Eldar İbrahimov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə üç məsələ daxildir.Əvvəlcə iclasda “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi, bu torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həlli, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə hazırlanıb və həmin torpaqların icarəyə verilməsinin xüsusiyyətlərini (dövlət mülkiyyətində olan digər torpaqların icarəsindən fərqli qaydalar müəyyən etməklə) tənzimləyir. Qanun layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək istəyən şəxsin müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanlarna) müraciəti (ərizəsi), ərizəyə əlavə olunan sənədlərin siyahısı, müraciətə baxılması qaydası, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildikdə, onun razılıq alınması üçün aidiyyəti müvafiq icra hakimiyyəti orqanına göndərilməsi, bu orqanın razılığının verilməsi, yaxud razılıq verilməsindən imtinası, razılıq verildikdə icarə müqaviləsinin bağlanması ilə bağlı məsələlər tənzimlənib. Ərizəyə dair tələblər “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq müəyyən edilir. Bununla da dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək istəyən şəxs bir quruma müraciət edir, digər qurumla icarəyə götürmək istəyən şəxs quruma müraciət edir, digər qurumla razılaşdırma isə şəxsin iştirakı olmadan qısa müddətdə həyata keçirilir, həmin qurumun razılığı olduqda isə icarə müqaviləsi bağlanır.Sonra deputatlar Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb.Bundan başqa, iclasda “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun layihəsi də müzakirə edilib.Deputatlar gündəliyə daxil olan məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com

May 10, 2018 14:59

Səyyar “ASAN xidmət” vətəndaşlara xidmət göstərməyə başlayıb

Səyyar “ASAN xidmət” mayın 1-dən Tovuz rayonunun Qovlar qəsəbəsində vətəndaşlara xidmət göstərməyə başlayıb.“ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov Azərtac-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 15 gün müddətində Tovuz rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 14 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər xidmətlərdən yararlana biləcəklər. Bundan əlavə, mobil səyyar “ASAN xidmət” tərəfindən Tovuz rayonunun bütün yaşayış məntəqələrində sakinlərə xidmətlər göstəriləcək.Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.xeber100.com

May 1, 2018 13:02